Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilib - (+FOTO=5)

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə edilib (+FOTO=5)

 AZpress.AZ xəbər verir ki, Özbəkistan Mədəniyyət nazirinin müavini Azadbek Nazarbekov Azərbaycan nümayəndə heyətini qəbul edib.

Azadbek Nazarbekov nümayəndə heyətinin üzvlərini salamlayaraq Özbəkistanla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Nazir müavini deyib ki, həm Özbəkistan, həm də Azərbaycan mədəniyyət sahəsində əlaqələrin daha da inkişafına önəm verir. O Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tam hüquqlu üzvü olmasını sevinclə qarşıladığını bildirib, Türk Şurasının bu yaxınlarda Bakıda keçirilən iclasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakını məmnunluqla xatırlayıb.

Tərəflər Azərbaycan-Özbəkistan arasında mədəni əlaqələrin inkişafı haqqında danışaraq bu istiqamətdə həyata keçirilən layihələr, gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin salamlarını və xoş arzularını çatdıraraq birgə layihələrin həyata keçirilməsi, mədəniyyət və ədəbiyyat günlərinin təşkili, mədəniyyət müəssisələri arasında əlaqələrin yaradılması sahəsində öz təkliflərini bildirib.

Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanın çoxsaylı şəhərlərində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirildiyini və növbəti layihə ilə Xarəzm vilayətində belə yüksək səviyyəli tədbirlərin təşkil ediləcəyini söyləyib.

Sona Vəliiyeva Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu mədəniyyət siyasətinin aparıldığını qeyd edib, dövlətimizin dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfələr verdiyini vurğulayıb. O bildirib ki, Azərbayacan Özbəkistanla əməkdaşlığın inkişafına xüsusi dəyər verir və bu istiqamətdə fəaliyyətimiz davam edəcək.

Azadbek Nazarbekov xalqlarımızın ortaq dəyərlərinin olduğunu və mədəni əlaqələr sahəsində Mədəniyyət Mərkəzinin fəaliyyətini qeyd edib. O, muğam, aşıq sənəti, sənətkarlıq sahəsində Özbəkistanın keçirdiyi beynəlxalq festivalların yüksək səviyyədə təşkil edildiyini və bu işdə Azərbaycanın aktiv iştirakını yüksək qiymətləndirib.

Görüşdə növbəti ildə Azərbaycanda Özbəkistan mədəniyyət günlərinin keçirilməsi, bu istiqamətdə əməkdaşlığa dair müzakirələr də aparılıb.

Görüşdə iştirak edən Əməkdar artist Ehtiram Hüseynov Azərbaycan muğamından bir parça ifa edib.
Qeyd edək ki, Azərbaycanlı alim, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Özbəkistanda səfərdədir.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !