RƏNGLİ DÜNYA YARADAQ layihəsinə start verildi - +FOTO=7 (Minə Türksoy - AZpress.AZ)

“RƏNGLİ DÜNYA YARADAQ” layihəsinə start verildi +FOTO=7 (Minə Türksoy - AZpress.AZ)

 Azpress.az saytının məlumatına əsasən bildiririk ki, Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsində qalib olan “RƏNGLİ DÜNYA YARADAQ” layihəsi çərçivəsində keçiriləcək təlimlərə start verildi. Layihənin məqsədi istedadlı şagirdlərinn təsviri incəsənətin müxtəlif texnikaları (vitraj, ebru, dekopaj, qum sənəti, akvarel, akril, daş üzərində rəngkarlıq) üzrə yaradıcı qabiliyyətlərini aşkar etməklə, onların qabiliyyətlərinin inkişaf etdirilməsi, aktivliklərinin artılıması, şagirdləri stimullaşdırmaqla ölkənin yaradıcı potensialının inkişaf etdirilməsinə dəstək verməkdir. Ustad dərslərdə ümumilikdə Bakı şəhəri üzrə 20 məktəbdən 40 nəfər istedadlı şagird iştirak edir. Layihə ərzində 4 gün ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.

Təlimin 1-ci günündə layihə rəhbəri 108 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Aybəniz Pənahova şagirdlərlə ilkin diaqnostik qiymətləndirmə apardıqdan sonra EBRU (su üzərində rəsm) texnikası üzrə nəzəri məlumatlar və praktik nümunələr nümayiş etdirdi. Daha sonra şagirdlərin hər biri ebru texnikasının müxtəlif növlərində bir-birindən maraqlı əsərlər yaratdılar.

Təlimin 2-ci günündə şagirdlərə akvarel və daş üzərində rəngkarlıq texnikasının incəlikləri layihə rəhbəri tərəfindən tədris edildi. 2 qrup üzrə iştirak edən 40 nəfər istedadlı şagird təlimdə hər 2 texnika üzrə bir-birindən maraqlı, zəngin koloritli, fərqli məzmunlu kompozisiyalar yaratdılar. Kağız və daş üzərində istifadə edilən boyalar və onlarla təsvir etmə qaydalarını öyrəndilər. Təlimin 3-cü günündə şagirdlərə akril və dekopaj, 4-cü günündə isə, vitraj və qum sənəti üzrə ustad dərsləri keçiriləcək.

Təlimlər Nizami Tədris Mərkəzində keçirilir. Təlimlərdə Nizami Tədris Mərkəzinin Suraxanı filialının içraçı direktoru Şahbazov Müqəddəs, Nigar Qəhrəmanova, Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Ayşəm Balayeva, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, 255 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini İradə Zülfüqarova, Milli Azərbaycan Tarix Muzeyinin elmi işçisi Ləman Musayeva, 108 nömrəli məktəbin müəllimləri Aslanova Aynur və Aslanova Xəyalə iştirak etdilər.

Azpress. Az,Minə Türksoy

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !