KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası Bilik Mübadiləsi Seminarı - (+FOTO=4)

KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası Bilik Mübadiləsi Seminarı (+FOTO=4)

 AZpress.AZ xəbər verir ki, Koreyanın qrant yardımı üzrə qabaqcıl hökumət təşkilatı olan Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası 1 Noyabr 2019-cu il tarixində Fairmont Otelində Bilik Mübadiləsi Seminarı təşkil etmişdir.

Seminarda Koreyada KOICA Təlim Proqramlarında iştirak etmiş Azərbaycan Respublikasının müvafiq nazirlik və dövlət qurumlarının 100-ə yaxın görkəmli nümayəndələri iştirak etmişdir.

Koreyada qazandıqları biliklərin Azərbaycana ötürülməsi, Azərbaycanın inkişafına töhfə vermək, həmçinin müxtəlif növ fəaliyyətlər vasitəsilə Azərbaycanla Koreya arasında əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədi ilə 2010-cu ildə KOICA Azərbaycanlı Məzunlar Assosiasiyası yaradılmışdır.
Bu ilki seminarın məqsədi “CIAT-Paylaşımdır” Proqramının qalibləri olan iki Layihənin nəticələrini paylaşmaq və təlim məzunlarının Koreyaya dair təcrübələrini bölüşmək, KOAZ-ın gələcək tədbirlərində əməkdaşlıq üçün mümkün imkanları müzakirə etməkdən ibarət idi.

Açılış nitqində xanım Park Kumok, qeyd etdi ki, "'Koreya “Han çayınının möcüzəsi' olaraq tanınan Koreyanın dramatik sosial-iqtisadi inkişafına bir gecədə nail olunmamışdır. Şübhəsiz ki, güclü və uzaqgörən rəhbərlik, xarici dövlətlərin töhfəsi və əhali arasında olan birlik Koreyanın firavanlıq və inkişaf yolunda əsas uğur amilindən biri idi. Əminəm ki, özünəməxsus mədəniyyət, tarix və coğrafiyaya söykənən zəngin təbii sərvətləri olan və intellektual KOICA Məzunların rəhbərliyi və dəstəyi ilə yaxın gələcəkdə Azərbaycan da oxşar möcüzəyə nail olacaqdır." Xanım həmçinin fəxr hissi ilə bugünədək 800-ə yaxın dövlət qulluqçusunun KOICA təlimlərində iştirak etdiyini vurğuladı. Xanım növbəti illər ərzində Azərbaycan xalqı və hökumətinin davamlı sülh və inkişafı naminə KOICA Azərbaycan Nümayəndəliyinin maksimum dəstək göstərəcəyini və Azərbaycanla sıx əlaqələrin qurulması vasitəsilə əməkdaşlığı davam etdirəcəyini vədd etdi.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun Direktoru və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının sədri xanım Vəfa xanım Yaqublu öz nitqində Azərbaycanlı dövlət qulluqçuları üçün təlimlərin keçirilməsinə dəstək olduğu üçün Koreya hökumətinə öz minnətdarlığını bildirdi və KOICA Məzunlarının hər iki xalq arasındakı ikitərəfli əlaqələrin genişləndirilməsində və gücləndirilməsində birlikdə səylə çalışacaqlarını qeyd etdi.

Seminarda CIAT Paylaşımdır Proqramının birinci qalibi Sahibkarlığın İnkişafı Fondunun baş mütəxəssisi cənab İsa Qasımov vurğuladı ki, onun "Ağıllı Körpü" layihəsi təlimlərin təşkili vasitəsilə hökumət-biznes-universitet üçbucağını dəstəkləmək və yüksək səviyyəli STİ və texnologiya transferi və kommersiyalaşdırmanı təşviq etməklə Azərbaycanda intellektual kapital və milli innovasiya bacarıqlarının inkişafına töhfə vermişdir.

VXSİDA-nın tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin aparıcı mütəxəssisi, xanım Şanay Qulusoy tərəfindən təqdim edilən və ikinci qalib hesab edilən "Rəqəmsal Hökumətin Təşviqi" Layihəsi təlimlər vasitəsilə ASAN Könüllülərinin rəqəmsal sahədə bacarıqlarını artımamağa və layihə çərçivəsində satınalınan İnterneti dəstəkləyən tabletlər vasitəsilə müvafiq və səmərəli sorğuların hazırlanmasının təmin edilməsinə köməklik göstərmişdir.

“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova öz nitqində ASC adından KOİCA-ya öz minnətdarlığını bildirdi və qeyd etdiki ASC-nin 12 əməkdaşı Cənubi Koreyada təlimdə iştirak edib və təlimdə əməkdaşlar Koreyanın ərzaq məhsullarının tədarükü və təchizatı sistemi ilə yaxından tanış olmuş, həmçinin, ərzaq məhsullarının tədarükü və təchizatı sistemində qanunvericilik, heyvandarlıq sahəsində ümumi idarəçilik sistemindən faydalanma və digər müxlətif mövzular ilə bağlı universitet professorlarının mühazirələrini dinləmişlər. Leyla xanım ASC-nin sonrakı fəaliyyətində Cənubi Koreyanın təkmilləşmiş tədarük və təchizat sistemindən öyrənilənlərin Azərbaycana tətbiq edilməsində səylə çalışacaqlarını vəd etdi”.

Seminarın rəsmi hissəsinin sonunda iştirakçılar müxtəlif təklif və ideyalar irəli sürdü və qarşılıqlı fikir mübadiləsi aparıldı. Tədbirin sonunda KOICA Azərbaycan Nümayəndəliyinin heyəti və KOAZ-ın üzvləri xatirə şəkli çəkdirdi və birgə şam etdi.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !