"Fantazia" festvalı çərçivəsində beynəlxalq fotosərgi keçirilib - + FOTO=84 (Rüstəm Fərman - AZpress.AZ)

"Fantazia" festvalı çərçivəsində beynəlxalq fotosərgi keçirilib + FOTO=84 (Rüstəm Fərman - AZpress.AZ)

 AZpress.AZ xəbər verir ki, noyabrın 2-də Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Bakıda keçirdiyi "Fantazia" festivalı çərçivəsində Muzey Mərkəzində beynəlxalq fotosərgi təqdim olunub. AZpress.AZ bildirir ki, "Architectural Views around the World" ("Dünyadakı memarlıq mənzərələri") adlanan fotosərgidə Aİ nümayəndə heyətinin birinci müşaviri Denis Daniilidis, Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev, İspaniya Krallığının və Argentinanın Azərbaycandakı səfirliyinin nümayəndələri çıxış edib.

Tədbiri giriş sözü ilə müşavir Denis Daniilidis açıb. Müşavir fotosərgi haqda qonaqlara geniş məlumat verib. O, bildirib ki, fotosərgidə üç fərqli ölkənin: İspaniya, Tacikistan və Argentina memarlıq möcüzələri əks olunub.

Daha sonra Tacikistan səfiri Rustam Soliyev və digər səfirlik nümayəndələri çıxış edərək, sərginin təşkil olunması üçün əməyi keçən hər kəsə öz təşəkkürlərini bildiriblər.

Rəsmi hissədən sonra qonaqlar fotosərgi ilə yaxından tanış olublar.

Qeyd edək ki, fotosərgidə üç ölkənin memarlıq möcüzələri əks olunub. İspaniya Krallığına aid memarlıq nümunələri əks olunan sərgi "Casa Batllo" adlanır. Casa Batllo Barselonanın mərkəzində bir binadır. Bina əvvəllər inşa edilmiş bir evdir və 1904-cü ildə Gaudi tərəfindən yenidən dizayn edilib.

Tacikistan memarlıq nümunələri əks olunan sərgi isə "Ballet and city" adlanıb. Sərgidə balerinaların iştirakı ilə çəkilən paytaxt Düşənbə və digər yerlərdə olan memarlıq mənzərələri təqdim olunub.

Argentinaya aid sərgidə isə bu ölkənin paytaxtı Buenos Ayresdə yerləşən mənzərələr əks olunub.
Xatırladaq ki, məşhur “Bakı” hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “Fantazia” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır. Bu il festival Şərq Tərəfdaşlığının 10 illik yubileyi ilə üst-üstə düşür.

Festival Avropa İttifaqına üzv dövlətlər və üçüncü ölkələrlə, o cümlədən Fransa, Bolqarıstan, İtaliya, Latviya, Finlandiya, Belçika, Hollandiya, Macarıstan, Moldova, Meksika, Argentina, Tacikistan, Venesuela, həmçinin aralarında Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət İdarəsinin də olduğu yerli tərəfdaşlarla birgə təşkil olunur.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !