BDU-da Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək -

BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək

 AZpress.AZ xəbər verir ki, 01 dekabr 2019-cu il tarixində Bakı Dövlət Universitetində “Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək. Layihənin məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyanın geniş yerə sahib olması üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərini əhatə edən olimpiadada IX-X sinif şagirdləri öz bilik və bacarıqlarını nümayiş etdirə biləcəklər.

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Respublika Uşaq Gəncklər İnkişaf Mərkəzi, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumudur.

Qeyd edək ki, “Məktəblilərarası Astronomiya Olimpiadası” Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İnkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi" çərçivəsində həyata keçiriləcək, qaliblər sertifikatvə hədiyyələrlə mükafatlandırılacaqlar.

İştirak etmək üçün aşağıdakı linkdən və ya təşkilatçıların internet səhifələrindən qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 10 noyabr saat 23:59-a qədər davam edəcək.

 

bsu.edu.az/az/news/bduda_mktblilraras_astronomiya_olimpiadas_keirilck

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !