İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 Gimnastika
 

Gimnastlarımız Belçikadan 5 "qızılla" dönüblər

Belçikanın Hent şəhərində bədii gimnastika üzrə ənənəvi "Happy Cup" beynəlxalq turnir keçirilib. Tunirdə iştirak edən Azərbaycan komandası vətənə 5 qızıl medalla dönüb. Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə bu "qızıllardan" ikisini gimnastlarımızdan 2009-cu il təvəllüdlü Gövhər İbrahimova qazanıb. O, çoxnövçülükdə və gürzlərlə hərəkətdə bütün rəqibləri üçün əlçatmaz olub. Maraqlıdır ki, 2007-ci il təvəllüdlü Kamilə Seyidzadə də iki dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamilə isə toplarla hərəkətə görə birinci olduğu kimi, həm də mütləq çempion olub. Daha bir "qızılı" isə yuniyorlar arasında çıxış edən Alina Gözəlova qazanıb. O. toplarla nümayiş etdirdiyi hərəkətə görə hakimlərdən ən yüksək bal (17.250) alıb.

 

***

VOLEYBOL

Voleybolçu qızlarımız AÇ-də kimlərlə qarşılaşacaq?

23-28 noyabr günlərində Gürcüstanın paytaxtı Tiflisdə 16 yaşadək qızlar (U-16) arasında voleybol üzrə Şərqi Avropa çempionatI (EEVZA) keçiriləcək. 9 komandanın mübarizə aparacağı bi çempionatda Emin Əbilovun rəhbərlik etdiyi Azərbaycan yığması da iştirak edəcək. Yığmamız çempionatın A qrupunda ev sahibi olan Gürcüstan, Latviya, Rusiya və Ukrayna komandasıyla üzləşəcək. Çempionatın B qrupunda isə Belarus. Estoniya, Litva və Polşa mübarizə aparacaq.
Artıq yığmamızın iştirakı ilə keçiriləcək oyunların təqvimi də hazırdı:
23 noyabr. Saat 15:00, Azərbaycan - Ukrayna
25 noyabr. Saat 15:00. Azərbaycan - Gürcüstan,
26 noyabr. Saat 12:30. Azərbaycan - Rusiya,
27 noyabr. Saat 10:00. Azərbaycan - Latviya.

 

***

TAEKVONDO

Olimpiya çempionumuz İtaliyada fiaskoya uğrayıb.

İtaliyanın Bari şəhərində taekvando üzrə turnir keçirilib. Olimpiadaya lisenziya xalı verən və Olimpiya çəki dədrdcəsində keçirilən bəlli turnirdə Olimpiya çempionumz Radik İsayev də (+80 kq) daxil olmaqla Azərvaycan komandası da iştirak edib. Təəsüflər olsun ki, turnir dayanq ustalarımız üçün heç də uğurlu olmayıb. Yığmamız yalnız Qasım Maqomedovun (58 kq) qazandığı yeganə bürünc medalla kifayətlənib. Radik İsayevin 1\4 finalda uduzduğu həmin turnidə iştirak edən digər təmsilçilərimiz - Cavid Ağayev (68kq) , Olimpiya mükafatçısı Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) və Zəhra Fazel Kalxoran (58 kq) isə elə birinci döyüşdəcə uduzub.

Bununla da taekvondoçularımız Tokio Olimpiadasına getmək şanslarını bir qədər də azaldıblar.

 

İNTİQAM

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !