"RƏNGLİ DÜNYA YARADAQ" layihəsi çərçivəsində növbəti təlimlər keçirildi - +FOTO=14 (Minə Türksoy - AZpress.AZ)

"RƏNGLİ DÜNYA YARADAQ" layihəsi çərçivəsində növbəti təlimlər keçirildi +FOTO=14 (Minə Türksoy - AZpress.AZ)

 Azpress.az saytının məkumatına əsasən bildiririk ki,Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə III Qrant müsabiqəsində qalib olan “RƏNGLİ DÜNYA YARADAQ” layihəsi çərçivəsində keçirilən sonuncu təlimlər baş tutdu. Layihənin məqsədi istedadlı şagirdlərin təsviri incəsənətin müxtəlif texnikaları (vitraj, ebru, dekopaj, qum sənəti, akvarel, akril, daş üzərində rəngkarlıq) üzrə yaradıcı qabiliyyətlərini aşkar etməklə, onların qabiliyyətlərinin inkişaf etdirilməsi, aktivliklərinin artılıması, şagirdləri stimullaşdırmaqla ölkənin yaradıcı potensialının inkişaf etdirilməsinə dəstək verməkdir. Ustad dərslərdə ümumilikdə Bakı şəhəri üzrə 20 məktəbdən 40 nəfər istedadlı şagird iştirak edir.

4 gün keçirilməsi nəzərdə tutulan təlimin 3-ci günündə layihə rəhbəri 108 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Aybəniz Pənahova şagirdlərlə akril və dekopaj texnikası üzrə nəzəri məlumatlar və praktik nümunələr nümayiş etdirdi. Daha sonra şagirdlərin hər biri akril texnikasında geyim nümunələri üzərində müxtəlif təsvirlər əks etdirdilər. Dekopaj texnikasında isə müxtəlif əşyaların dekorativləşdirilməsi üsullarını öyrənərək tətbiq etdilər.

Təlimin 4-ci günündə şagirdlərə vitraj (şüşə üzərində rəsm) və qum üzərində rəsm texnikasının incəlikləri layihə rəhbəri tərəfindən tədris edildi. 2 qrup üzrə iştirak edən 40 nəfər istedadlı şagird təlimdə hər 2 texnika üzrə bir-birindən maraqlı, fərqli məzmunlu kompozisiyalar yaratdılar. Şüşə və qum üzərində təsvir etmə qaydalarını öyrəndilər.

Təlimlər Nizami Tədris Mərkəzində keçirildi. Təlimlərdə Nigar Qəhrəmanova, 108 nömrəli məktəbin müəllimi Balayeva Əzət iştirak etdilər.

 

Azpress.Az,Minə Türksoy.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !