AR –ın Efiopiyadakı Səfirliyinin BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil-qərargahında təqdimat-ziyafəti keçirildi - (+FOTO=7)

AR –ın Efiopiyadakı Səfirliyinin BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil-qərargahında təqdimat-ziyafəti keçirildi (+FOTO=7)

 AZpress.AZ xəbər verir ki, 5 noyabr tarixində Azərbaycan Respublikasının Efiopiyadakı Səfirliyi tərəfindən BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının mənzil-qərargahında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə həsr olunmuş təqdimat-ziyafət keçirildi.

 

Tədbirdə çıxış edən Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev qonaqları salamlayaraq ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri ilə bağlı iştirakçılara geniş məlumat vermişdir.

 

Daha sonra, Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev çıxış edərək 2019-cu il 25-26 oktyabr tarixlərində Bakı şəhərində keçirilmiş XVIII Zirvə Görüşün nəticələri və qəbul edilmiş sənədlərin qısa xülasəsi haqqında, eləcə də ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinin prioritetləri ilə bağlı iştirakçıları məlumatlandırmışdır.

 

Fəxri qonaq qismində çıxış edən Afrika İttifaqı Komissiyasının sədrinin müavini Kvartey Tomas Kvesi Qoşulmama Hərəkatının müasir dövrdə beynəlxalq münasibətlər sistemində çoxtərəfli (multilateral) diplomatiyanın təşviq edilməsi rolu barədə bəhs etmiş, Azərbaycanı sədrlik münasibətilə təbrik edərək ölkəmizə uğurlar arzu etmişdir.

 

Daha sonra, fəxri qonaq kimi tədbirdə iştirak edən Efiopiyanın Xarici İşlər üzrə Dövlət katibi Markos Tekle Efiopiyanın qeyd olunan təşkilatın yaranmasındakı xidmətlərindən bəhs etmiş, Efiopiyanın Bakı sammiti zamanı qəbul edilmiş sənədlərə sadiqliyini və dəstəyini ifadə etmiş və Bakı zirvə görüşünün uğurlu keçirilməsinə görə Azərbaycan Respublikasına minnətdarlığını ifadə etmişdir

 

Tədbirdə Qoşulmama Hərəkatının tarixinə aid, eləcə də Bakıda keçirilmiş Zirvə Görüşü özündə əks etdirən fotoşəkillər nümayiş etdirilmişdir. Tədbirdə Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və nümayəndələri, Efiopiyanın müvafiq dövlət qurumlarının və Afrika İttifaqının rəsmiləri, o cümlədən Afrika İttifaqı Komissiyasının Siyasi məsələlər üzrə komissarı Sessuma Minata Samate, habelə Efiopiya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !