Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 3-cü İncəsənət, Sənətkarlıq və Sahibkarlıq sərgisini təşkil etdi - +FOTO=32 (Bağırzadə Əqdəs - AZpress.AZ)

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 3-cü “İncəsənət, Sənətkarlıq və Sahibkarlıq” sərgisini təşkil etdi +FOTO=32 (Bağırzadə Əqdəs - AZpress.AZ)

 AZpress.AZ xəbər verir ki, 5 noyabr 2019-cu il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası və Dubay Palatasının birgə təşkilatçılığı və Hyatt Regency Baku Otelin dəstəyi ilə qadın sahibkarların əl işlərindən ibarət 3-cü “İncəsənət, Sənətkarlıq və Sahibkarlıq” sərgisi keçirilmişdir.

Tədbirdə Fransanın Azərbaycandakı səfiri cənab Zacharie Grossthe, Fransa səfirliyinin, Palatanın üzv şirkətlərinin nümayəndələri, eləcə də bir sıra hökumət təşkilatları və diplomatik nümayəndəliklərin nümayəndələri iştirak etdilər.

Qadın sahibkarlığını dəstəkləmək, qadın sənətkarlara yaradıcılıq məhsullarını nümayiş etdirmək üçün şərait yaratmaq və onların sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə kömək etmək məqsədi ilə təşkil olunan sərgi 70-ə yaxın istedadlı qadın sahibkarları bir araya gətirdi. Sərgidə əl işləri, zərgərlik, rəsm əsərləri, toxunma məhsullar, suvenirlər, ev bəzək əşyaları, kuklalar və paltarlar nümayiş etdirildi.

Sərgi ziyafət tədbiri ilə davam etdi.

Qeyd edək ki, sərgi 24 sentyabr tarixində təşkil olunan təlim proqramının davamı olaraq həyata keçirilmişdir.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !