İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 ŞAHMAT


Rəcəbov Hamburqda. Məmmədyarovsa Buxarestdə mübarizə apaır
Hamburqda (Almaniya) şahmat üzrə FİDE Qran Prisinin (Grand Prix FIDE) 3-cü mərhələ yarışı keçirilir. Mükafat fondu 130 min dollar təşkil etməklə iddiaçılar turnirinə seçmə xarakteri daşıyan bu turnirdə Azərbaycanın tanınmış qrossmeysteri Teymur Rəcəbov (2758) da iştirak edir. Həmyerlimizlə yanaşı daha 15 zəka sahibinin mübarizə apardığı bəlli turnirin 1\8 finalında hər iki klassik şahmat oyunları başa çatıb. Maraqlıdır ki, bu mərhələdə keçirilən oyunların (8 oyun) heç birində qalib aşkar edilməyib. Bu səbəbdən də, mübarizə tay-brekə uzanıb. Xatırladaq ki, azərbaycanlı qrossmeyster startda Rusiya təmsilçisi Daniil Dubovla (2699) qarşılaşıb. İştirakçılar arasında reytinq göstəricisinə görə 5-ci olan Teymur bəlli görüşün reytinq favoriti olsa da, ilk iki oyunda rəqibini üstələyə bilməyib. Tay-brekdə qalib gələn şahmatçılar noyabrın 8-də 1\4 finaldan mübarizəni davam etdirəcəklər.

Bu arada Rumıniyanın paytaxtı Buxarestdə isə mükafat fondu 150 min dollar olan "Grand Chess Tour" seriyasının 6-cı mərhələsi başlayıb. Əvvəlki mərhələlərdə olduğu kimi, burada da iştirakçılar iki turnirdə - rapid və blitsdə özlərini sınayacaqlar. Turnirdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da daxil olmaqla 10 şahmatçı mübarizəyə qatılıb. Noyabrın 10-nadək davam edəcək yarışın ilk üç günündə şahmatçılar rapiddə, son iki günündə (9-10 noyabr) isə blitsdə yarışacaqlar. Hər iki yarış dairəvi sistem üzrə gedir. Reqlamentə görə rapiddə qələbəyə 2, heç-heçəyə 1 xal verildiyi halda. blitsdə qələbəyə 1, heç-heçəyə 0,5 xal verilir. Yeri gəlmişkən, turnirin qalibi 37500 dollara sahib olacaq. Xatırladaq ki, artıq rapiddə ilk üç oyun keçirilib. Turnir cədvəlində vəziyyət belədir:

1. Aniş Qiri (Hollandiya) - 5 xal, 2-4. Vişvanatan Anand (Hindistan), Anton Korobov (Ukrayna), Levon Aronyan (Ermənistan) - hərəyə 4 xal, 5-7. Məmmədyarov, Le Kuanq Lyem (Vyetnam), Fabiano Karuana (ABŞ) - hərəyə 3 xal, 8. Sergey Karyakin (Rusiya) - 2 xal, 9-10. Vladislav Artemyev (Rusiya), Uesli So (ABŞ) - hərəyə 1 xal.

 

***

CÜDO

 

Rüstəm Orucov Çempionlar Liqasında

Azərbaycanın cüdo üzrə əsas yığmasının liderlərindən biri olan Rüstəm Orucov (73 kq) klublararasında keçiriləcək Avropa Çempionlar Liqasında iştirak edəcək. Olimpiada - 2016 və DÇ-2019-un finalçısı Köhnə Qitənin bu möhtəşəm yarışında Serbiyanın "Servona Zvezda" klubunun şərəfini qoruyacaq.Qeyd edək ki, hazırda dünya reytinc cədvəlinə vahid liderlik edən tatami ustamızla yanaşı, serbiyalı sabiq dünya çempionu Neman Majdov (90 kq) da həmin klubun formasını geyinəcək. Sözügedən yarışlara noyabrın 16-da Portuqaliyanın Odivelaşe şəhərində start veriləcək.

 

***

VOLEYBOL


Qadın voleybol yığmamız "başsız" qalıb
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandasının italiyalı baş məşqçisi Covanni Kaprara postundan istefa verib. Bununla da millimiz Olimpiadaya lisenziya xarakterli turnir öncəsi sözün əsil mənasında "başsız" qalıb. Etbarlı məndənin verdiyi məlumata görə bu ilin may ayında ölkəmizə gələn italiyalı mütəxəssis Hollandiya yığmasına çağırıldığı üçün yığmamızı tərk edib. Maraqlıdır ki, millimiz 2020-ci ilin ilk günlərində Apeldornedə (Hollandiya) keçiriləcək Olimpiya təsnifatlı turnirdə ev sahibi olan Hollandiyaya raqib olacaq. Həmin oyun isə yanvarın 7-nə təsadüf edəcək.
Xatırladaq ki, yığmamız Kapraranın rıhbərliyi altında üc turnirdə - "Qızıl" Avropa Liqasında, Avropa çempionatında və Braziliyada baş tutan Dünya Olimpiya təsnifatlı turnirdə iştirak etdi. Hər üç turnirdə yığmamız fiaskoya uğrayıb.
 

 

İntiqam

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !