BDU tələbələri 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar yürüş ediblər - (+FOTO=3)

BDU tələbələri 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar yürüş ediblər (+FOTO=3)

 AZpress.AZ xəbər verir ki, Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 9 noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar universitetin ərazisində yürüş keçirilib.Universitetin tələbələri şanlı tarix yolu keçmiş üçrəngli bayrağımız ilə universitetin həyətində yürüş ediblər. Aksiyanın keçirilməsində əsas məqsəd vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlət bayrağına sevgi və hörmətin aşılanması olub.

Qeyd edək ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsi nəzərə alınaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !