Lənkəran teatrı Lerikdə qastrol səfərində olub - +FOTO=13 (Azpress.AZ-Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrı Lerikdə qastrol səfərində olub +FOTO=13 (Azpress.AZ-Ağaddin Babayev, Lənkəran)

 AZpress.AZ xəbər verir ki, noyabrın 8-də Lənkəran Dövlət Dram Teatrı Lerikdə qastrol səfərində olub. Teatrın truppası Lerik Rayon Mədəniyyət Evinin səhnəsində Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının 120 illik yubileyinə töhfə olaraq dövlət sifarişi ilə hazırlanmış ədibin “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə çıxış edib. Tamaşaçıların maraqla seyr etdikləri bu səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Rolları aktyorlardan Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa ediblər.

Tamaşadan sonra Lənkəran teatrının aktyorları Lerikdəki Bayraq Meydanında keçirilən ümumrayon tədbirinə qatılaraq Vətənə, bayrağımıza dair şeirlərlə çıxış ediblər.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !