Kamran İmanov Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik mövzusunda seminarda çıxış edib - (+FOTO=2)

Kamran İmanov “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik” mövzusunda seminarda çıxış edib (+FOTO=2)

 AZpress.AZ xəbər verir ki, noyabrın 7-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyinin və“Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə“Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik”mövzusunda seminar keçirilib.

Tədbirdə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədriKamran İmanov geniş məruzə ilə çıxış edib.
Ölkəmizin “Doing Business-2019” reytinqinə görə 190 ölkə arasında 25-ci yerdə olduğunu, o cümlədən “biznesin başlaması”na görə 9-cu, “kiçik investorların maraqlarının qorunması”na görə isə 2-ci yerdə qərarlaşdığını qeyd edən K.İmanov yeni dərc olunmuş “Doing Business - 2020” hesabatında Azərbaycanın islahatçı 20 ölkə sırasına daxil edildiyini bildirib.

O, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi – 2019”hesabatında Azərbaycanın 11 pillə irəliləyərək, 141 ölkə arasında 58-ci yeri tutduğunu və 12 indikatordan 8-i üzrə irəlilədiyini vurğulayıb, bu cür kardinal dəyişikliklərin əqli mülkiyyətin qorunmasında da öz əksini tapdığını, Azərbaycan həmin hesabatın “Əqli mülkiyyətin qorunması” göstəricisinə görə 141 ölkə arasında 30-cu yerdə qərarlaşdığını xüsusi olaraq diqqətə çatdırıb.

. Agentliyin sədriqeyd edib ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir.Əqli mülkiyyət sahəsi həyata keçirilən islahatların innovasiyalı əsasları ilə dəqiq rezonans yaradaraq, bunların nəticəsində əhəmiyyətli, institusional və funksional dəyişikliklərlə müşahidə olunur. Məhz buna görə əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət edir.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı iqtisadi artımın təmin edilməsini müsbət hal kimi qeyd edərək, qarşımızda vacib məsələ qoyub. “Əlbəttə biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik”.

Cənab Prezidentin bu tapşırığına əsaslananK.İmanov ölkəmizin innovasiyalarla bağlı sahədə bir neçə ehtiyatımızın daha səmərəli istifadəsi məsələləri üzərində xüsusi dayanaraq “Qlobal İnnovasiya İndeksi-2019” hesabatındaAzərbaycana aid məlumatların təhlilini aparıb. O, qeyd edib ki, hesabatdakı rəqəmlər2 yekun nəticəyə gətirir: “Birincisi, ümumi imkanlarımız ümumi nəticələrimizi 13 pilləüstələyir. Deməli ehtiyatlarımızı səmərəli işlətməliyik.İkincisi, bizi geriyə salan “elmi-texnoloji məhsullar” göstəricisidir – 101-ci yer. Bu isə o deməkdir ki, yeniliklər kommersiyalaşmır, bazara innovasiyalı məhsul kimi çıxarılmır.”

Çıxışına davam edən K.İmanov Əqli Mülkiyyət Agentliyinin ABŞ-ın şirkət və təşkilatları ilə ƏM sahəsində əməkdaşlıq məsələlərinə toxunaraq ABŞ Ticarət Departamenti Kommersiya Hüququnun İnkişafı Proqramı (CLDP) və ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə keçən ilin 10-11 sentyabr tarixlərində “Əqli Mülkiyyət mübahisələrinin həlli” mövzusunda hakimlər üçün təlimin təşkil edildiyini, Microsoft, Trimble Tekla, Oracle kimi iri ABŞ şirkətlərinin nümayəndələri iləkitərəfli görüşlərinkeçirildiyinivə onların üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətində birgə tədbirlər görüldüyünü bildirib: “Dövlət qurumları və müəssisələrinə rəsmi sorğu məktubları ilə müraciətlər olunmuş və artıq alınan cavablar əsasında həmin təşkilatlarla ABŞ şirkətlərinin yerli nümayəndələrinin birbaşa görüşlərinə nail olunaraq lisenziyaların yenilənməsi və yenilərinin alınmasına dair danışıqlara başlanılıb. “Oracle” Korporasiyasının müraciətinə əsasən bəzi dövlət orqanlarına və şirkətlərinə Agentlik tərəfindən Oracle şirkətinin məhsullarından istifadə etmələrinə dair ünvanlanmış sorğulara cavablar daxil olmaqdadır. Məsələ təhlil olunur və gələcəkdə araşdırmaların nəticələrindən asılı olaraq birgə monitorinqlərin keçirilməsi də istisna olunmur.

“Microsoft Corporation” şirkəti ilə əlaqədar ölkə başçısının xüsusi önəm verdiyi layihə çərçivəsində, müvafiq dövlət qurumları və müəssisələri ilə aparılan təxirəsalınmaz işlər və görülən tədbirlər nəticəsində dövlət qurumları və universitetlər üçün kütləvi lisenziyaların əldə olunmasına start verildiyini bildirən K.İmanov yekun olaraq qeyd edib ki, “Azərbaycanda əqli mülkiyyəti yaradan və onları innovasiyalı məhsula çevirən çoxsaylı tərəfdaş, startap və kompaniyaların açıq və rəqabətli bazarının formalaşmasında böyük potensialı var. Bu isə o deməkdir ki, ölkəmizin iqtisadi qüdrətini artıran, beynəlxalq reytinqlərdə daha yüksək mövqeləri əldə edən imkanlarını əqli mülkiyyətə hörmətlə yanaşaraq, istifadə etməliyik.”

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !