İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 ŞAHMAT


Şəhriyar Məmmədyarov "Grand Chess Tour"un rapid yarışında 4-cü olub

 

Rumıniyanın paytaxtı Buxarestdə şahmat üzrə keçirilən və həmyerlimiz Şəhriyar Məmmədyarovun da iştirak etdiyi "Grand Chess Tour" ceriyasının 6-cı mərhələsində rapid yarışlarına yekun vurulub. 10 şahmatçının dairəvi sistem üzrə 9 turda mübarizə apardığı və mükafat fondi 150 min dollar təşkil edən bəlli turnirdə iştirakçılar arasında reytinq göstəricisinə görə 4-cü olan Məmmədyarov 10 xalla 4-cü yeri tutub. Maraqlıdır ki, onunla eyni sayda xal toplayan və yalnız əlavə əmsallara görə onu qabaqlayan hollandiyalı Aniş Qiri və erməni Levon Aronyanın müvafiq olaraq, 2-3-cü yerləri tutduğu bu yarışda qalib adını ən aşağı reytinq göstəricisi olan ukraynalı Anton Korobov qazanıb. O, reqlamentə görə, həm də 37500 dollar mükafat əldə edib. Bu gün isə turnirdə ikigünlük blits yarışları başlayıb.

 


DK-nın sahibi Rəcəbov 1-ci mərhələni keçə bilmədi

Hamburqda azərbaycanlı qrossmeyster, Dünya Kubokunun sahibi Temur Rəcəbov (2768 xal) da daöil olmaqla planetin 16 güclü şahmatçısının iştirakı ilə keçirilən və iddiaçılar turnirinə seçmə xarakteri daşıyan FİDE Qran-Prisinin 3-cü mərhələ yarışında 1.8 final oyunları başa çatıb. Təəssüflər olsun ki, turnirə Dünya Kubokunun hazırki sahibi kimi qatılan Rəcəbov ümidləri doğrultmayıb. Startda rusiyalı Danil Dubovla (2676) qarşılaşan qrossmeysterimiz görüşün reytinq favoriti olsa da, rəqiblə bacarmayıb. İlk iki klassik görüşdə sülhə razılaşan (1:1) Rəcəbov tay-brekdə aq bayraq qaldırmaqla təslim olub - 3,5:4,5. Mükafat fondu 130 min dollar təşkil edən turnirdə bu gün 1\4 final oyunlarına start verilib.

 

***

 

BASKETBOL

"Zirvə" zirvədəki mövqeyini möhkəmləndirib

Kişi basketbolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan Superliqasında sayca 5-ci olan növbəti turun oyunlarına start verilib. Start günü iki ouin keçirilib. Əvvəlcə yarış cədvəlində ikinci yeri tutan "Sərkərdə" autsayderlər sırasında yer alan "Xırdalan"ı sınağa çəkib. "Sərkərdə" sözün əsil mənasında meydanda sərkərdəlik nümayiş etdirməklə 8 xal fərqiylə qalib gəlib - 70: 62. Turun ikinci oyununda yarış cədvəlinin zirvəsində qərar tutan "Zirvə" "Sıçrayış" üzərində dağıdıcı hesablı qələbə qazanıb. Bu qələbə "Zirvə"yə zirvədəki mövqeyini bir az da möhkəmləndirmək imkanı verib.
Turun digər görüşlərində isə "Atletik" "Gəncə"ylə, "80-lər" "Atom"la münasibətlərə aydınlıq gətirəcək.
Hazırda turnir cədvəlində vəziyyət belədir:
 

Komand
O
Q
M
 T
X
Zirvə
5
5
0
+116
10
Sərkərdə
5
3
2
+47
8
Atom
4
3
1
+62
7
Atletik
4
3
1
+31
7
Xırdalan
5
1
4
-1
6
Gəncə
4
2
2
-25
6
Sıçrayış
5
1
4
-102
6
80-lər
4
0
4
-108
4
 

 

***

AĞIRATLETİKA

 

Boyanka zəriflərin ən güclüsüdür

Bu gün Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kubokuna start verirlib. iki gün davam edəcək yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzədək atlet körpücük üzərinə çıxaraq öz qüvvəsini sınayacaq. Azərbaycan Ağır Atletika Federasiyasının və Gənclər İdman Nazirliyinin birgə təşkil etdiyi bu yarışın əsas məqsədi atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Yarışın start günündə körpücük üzərinə ilk olaraq qadın atletlər və eləcə də 3 çəki dədrdcəsində olan kişilər çıxıb. Qadınlar arasında qaliblər mütləq çəkidə Sinkleyr cədvəli üzrə müəyyənləşib. Toplam 221 kq (100+121) nəticə və 294.6 xalla bolqarıstanlı legionerimiz Boyanka Kostova bütün rəqiblərini üstələyib və qalib adını qazanıb. İkinci yeri toplam 152 kq (70+82) nəticə və 233.4 xalla Mərziyyə Məhərrəmova, üçüncü yeri isə toplam 161 kq (72+89) nəticə və 216.8 xalla Günle Vəliyeva tutub.Kişilərin yarışında isə 49 kq-da Sahil Miriyev iki hərəkətin cəmində 120 kq-la (58+62), 55 kq çəkidə Əvəz Tağıyev 202 kq-la (92+110) və 61 kq çəki dərəcəsində Elşən Məmmədov 237 kq (107+130) nəticə ilə birinci olub.

 

***

ŞAHMAT

klubların Avropa çempionatı başlayır
Bu gün Çeroqoriyanın Ultsine şəhərində kişi və qadın şahmatçılar arasında klublararası Avropa çempionatına start veriləcək. 66 kişi və 14 qadın yığmasının mübarizə aparacağı bu yarışda Azərbaycan klubları da iştirak edəcəklər. Kişilərin yarışında ölkəmizi azərbaycanlı məhrum şahmatçı Vüqar Həşimovun adını daşıyan "Vüqar Həşimov" klubu, qadınlar arasında isə hər il olduğu kimi yenə də "Odlar Yurdu" təmsil edəcək. Klublarımızın heyətinə gəlincə, məşqçisi tanınmış mütəxəssis Anar Allahverdiyev olan "Vüqar Həşimov"un heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Vüqar Əsədli, Ülvi Sadıxlı və eləcə də, Rauf Məmədovun Ukrayna vətəndaşı olan həyat yoldaşı Natalya Buska yer alıb. Klubumuz reytinq göstəricisinə görə 13-cüdür. Bu göstəriciyə görə Makedoniyanın "Alkoloid"i reytinq-favoritdi. "Odlar" yurdunun heyətini isə bu yaxınlarda Batumidə (Gürcüstan) keçirilən komandalararası qitə çempionatında üçüncü olmaqla tarix yazan qadın yığmamızın üzvləri - Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Türkan və Zeynəb Məmmədyarova bacılarından ibarət altılıq taşkil edir. Klubumuz reytinqə görə 6-cıdır. Burada reytin-favorit Ukraynanı təmsil edən "Kiyev Şahmat Federasiyası"dır.
Bir məqamı da qeyd edək ki, ümumi mükafat fondu 45 min avro təşkil edən və 7 turdan ibarət olacaq bu çempionatda daha iki şahmatçımız - ölkənin bir nömrəlisi, hazırda Buxarestdə (Rumıniya) "Grand Chess Tour""də çıxış edən Şəhriyar Məmmədyarov və Nicat Abbasov da iştirak edəcək. Məmmədyarov "Alkoloid"in, Abbasovsa "Eçikeru Mosan"-nın (Belçika) şərəfini qoruyacaq.

İlk turda "Vüqar Həşimov" "Fonteyni" (Belçika), "Odlar Yurdu" isə "Rişon Lezion"la (İzrail) qarşılaşacaq.

 

 ***

 FUTBOL

Qadin futbol yığmamız Moldovada meydana çıxacaq

Bu gün qadın futbol yığmaları arasında Avropa çempionatının (AÇ-2021) seçmə qrup mərhələsi çərçəvəsində sayca 3-cü turun oyunları keçiriləcək. Bu mərhələdə çıxış edən Azərbaycan yığması səfərdə Moldavanın qonağı olacaq. Qarşılaşma bu gün saat 16:00-da Moldavanın paytaxtı Kşinyovdakı "Zimbru" stadionunda başlanacaq. Oyunu macarıstanlı referi Katalin Şipoş idarə edəcək.
Xatırladaq ki, baş məşqçisi Siyasət Əsgərova olan qadın yığmamız bundan əvvəl keçirdiyi hər iki oyunda 0:4 hesabla uduzub. Zəriflərimiz səfərdə ispaniyalı, evdə isə çexiyalı həmkarları ilə bacarmayıblar. Bununla da rəqib qapısına yol tapa bilməyən yığmamız öz qapısından üst-üstə 8 qol buraxıb.

Hazirda yığmamızin axırdan ikinci olduğu qrupun turnir cədvəliində vəziyyət belədir:

Komanda
O
Q
Н
M
  T
X
İspaniya
2
2
0
0
9-1
6
Çexiya
3
2
0
1
12-5
6
Moldava 
1
0
0
1
0-7
0
Azərbaycan
2
0
0
2
0-8
0
Polşa
0
0
0
0
0-0
0

 

***

 VOLEYBOL

lisenziya təsnifatlı oyunların təqvimi açıqlanıb

Xəbər verdiyimiz kimi, qadın voleybolçulardan ibarət yığma komandamız 2020-ci ilin 7-12 yanvar aralığında Avropa Olimpiya Təsnifatlı turnirə qatılacaq. Hollandiyanın Apeldorne şəhərində keçirilməsi planlaşdırılan həmin turnirdə Azərbaycan millisi ilə yanaşı, daha 7 komanda - ev sahibi , Bolqarıstan, Polşa, Türkiyə, Almaniya, Belçika və Xorvatiya komandası Tokio-2020 -də (Olimpiada-2020) iştirak etmək hüququ verən yeganə lisenziya uğrunda mübarizə aparacaq. Qeyd edək ki, bu günlərdə italiyalı mütəxəssis Covanni Kaprara istefa verəndən sonra "başsız" qalan Azərbaycan millisi turnirin A qrupunda Hollandiya, Bolqarıstan və Polşa ilə qarşılaşacaq. Digər 4 yığma isə B qrupunda mübarizə aparacaq. Reqlamentə görə qruplarda ilk iki yeri tutan komandalar yarımfinalda (11 yanvarda) mübarizəni davam etdirəcəklər. Yarımfinalların qalibləri finalda (12 yanvarda), finalın qalibisə Olimpiada-2020-də oynayacaq.

Yığmamızın iştirakı ilə keçiriləcək qrup oyunlarının təqvimi belədir:
7 yanvar. Saat 22:30. Azərbaycan - Hollandiya,
9 yanvar.Saat 19:00 Azərbaycan - Bolqarıstan,
10 yanvar. Saat 23:00. Azərbaycan - Polşa.

 

***

AĞIRLIQQALDIRMA

Ölkə Kubokunun qalibləri bəlli olub
Ağır Atletika Akademiyasının Şüvəlanda yerləşən idman zalında keçirilən və ölkə yığmasına seçmə xarakteri daşıyan Azərbaycan Kuboku yarışlarına yekun vurulub. Qadın və kişi atletlərin iki günlük yarışında 100-dək atlet körpücük üzərinə çıxaraq, öz gücünü göstərib.

Qadınlardan fərqli olaraq, kişilər 11 çəki dərəcəsində güc nümayiş etdiriblər. İki hərkətin ümumi cəminə görə 49 kq-da Sahil Miriyev, 55 kq -da Əvəz Tağıyev, 61 kq-da Elşən Məmmədov, 67 kq-da Elməddin Hüseynov, 73 kq-da Elşad Şərifov, 81 kq-da Kənan Əliquliyev, 89 kq-da Ceyhun Tağızadə, 96 kq-da Kamran İsmayılov, 102 kq-da Nailxan Nəbiyev, 109 kq-da Əliş Nəzərov, +109 kq-da isə İsmayıl Qurbanov fəöri kürsünün ən yüksək pilləsinə qalxıb. Qadınların yarışına gəlincə, burada Boyanka Kostova mütləq çempion adını qazanıb.
Bir məqamı da qeyd edək ki, 96 və 102 kq çəki dərəcəsində iştirakçıların sayı 2 nəfər olduğu yalda, 109 kq-da Əliş Nəzrovun rəqibi olmayıb.
 

***

BASKETBOL

"Zirvə"nin özü kimi oyunçusu da zirvədədir

Kişi basketbolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan Superliqasının 5-ci turundan sonra ABF (Azərbaycan Basketbol Federasiyası) ayrı-ayrı nominasiyalar üzrə oyunçularin siyahısını açıqlayıb. Maraqlıdır ki, çempionatın yarış cədvəlinə liderlik edən "Zirvə"nin forvardı Çarlz İton hər oyuna orta hesabla 30 xal toplamaqla bombardirlər siyahısına başçılıq edir. Yığmaməzın üzvü, son illər bir neçə ölkədə legioner həyatı yaşadıqdan sonra yenidən vətənə dönən Amil Həmzəyev ("Gəncə") həmin siyahıda 23,4 xalla ikinci, "Atom"un formasını geyinən İvan Timaşuksa 23,0 xalla üçüncüdür. "Podbor" (sbstdən dönən topu ələ keçirmək) etməyə görə 10,4 göstəriciylə Yevgeni Suxanyuk ("Gəncə"), blok etməyə görə 2,6 xalla Stanislav Alekseyçuk ("Sərkərdə"), məhsuldar ötürmələ isə 6,2 xalla Zaur Paşayev ("Zirvə") öndə gedir.

 

 

***

TENNİS

Eşıli Barti məvsüm ərzində 10 milyondan çox qazanan üçüncü tennisçidir
Çinin Şençjen şəhərində keçirilən və mükafat fondu 14 milyon dollar təşkil edən ilin yekun turniri ( Shiseido WTA Finals Shenzhen ) turniri ilə qadın tennisçilərin 2019-cu il mövsümünə yekun vurulub. Yekun turnirin finalında avstraliyalı Eşli Barti ilə ukraynalı Elina Svitolina qarşılaşıb. Görüş birincinin 6:4 və 6:3 hesablı qələbasi ilə başa çatıb. Maraqlıdır ki, Barti ilk dəfə qatıldığı (debüt etdiyi) yarşın qalibi olub. Bu qələbədən sonra WTA-nın reytinq cədvlindəki liderlik mövqeyini özündə saxlamaqla mövsümü dünya çempionu kimi bitirib. Onun finalda udduğu ukraynalı tennisçi isə reytinq cədvəlində daha iki pillə yuxarı qalxmaqla dünyanın 6-cı raketka ustası olub. Dünyanın sabiq 1 nömrəlisi olan rusiyalı Mariya Şarapovanın 136-cı yerdə olduğu reytinq cədvəlinin yekun vəziyyəti belədir:

 


 

Tutduğu yer                                  Tenisçi (ölkəsi)                                                  Xalı
1 (1)                                              Eşli Barti (Avstraliya)                                        7851
2 (2)                                              Karolina Plişkova (Çexiya)                               5940
3 (3)                                              Naomi Osaka (Yaponiya)                                 5496
4 (5)                                              Simona Xalep (Rumıniya)                                5462
5 (4)                                              Byanka Andreesku (Kanada)                           5192
6 (8)                                              Elina Svitolina (Ukrayna)                                  5075
7 (6)                                              Petra Kvitova (Çexiya)                                     4776
8 (7)                                              Belinda Bençiç (İsveçrə)                                  4745
9 (10)                                            Kiki Bertens (Hollandiya)                                 4245
10 (9)                                            Serena Uilyams (ABŞ) (США)                         3935

Qeyd: Eşli Barti demək olar ki, ilin yekun turnirini də udmaqla gözəl bir mövsüm keçirib. Belə ki, Barti 2019-cu il mövsümündə qazandığı titulların sayı indiyədək olan bütün karyerasında qazandığı titullardan çox olub. Bunula yanaşı, dünyanın bir nömrəli raketka ustası, bu mövsüm həm də çox pul qazanmaqla yadda qalıb. Mövsüm ərzində 11,3 milyon dollar qzanan Barti tennis tarixində bir mövsümdə 10 milyondan çox qazanan üçüncü tennisçi kimi də tarixə düşüb. O. təkcə yekun turnirini udmaqla bir həftə ərzində 4,5 milyona sahib çıxıb.

Bir maraqlı məqamı da qeyd edək ki, ilin yekun turnirinə qatılan hər bir iştirakçıya təkcə iştirakçı olduğuna görə 385 min dollar mükafat verilir.

 

 

İNTİQAM

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !