Rəngli dünya yaradaq" layihəsinin yekun sərgisi Maştağa Mədəniyyət Evində keçirildi - +FOTO=18 (Minə Türksoy - AZpress.AZ)

Rəngli dünya yaradaq" layihəsinin yekun sərgisi Maştağa Mədəniyyət Evində keçirildi +FOTO=18 (Minə Türksoy - AZpress.AZ)

 Azpress.Az saytının məlumatına əsasən bildiririk ki, Təhsil Nazirliyinin III Qrant müsabiqəsində qalib olan “Rəngli dünya yaradaq” layihəsi çərçivəsində 4 gün ərzində keçirilən təlimlərdə Bakı şəhərinin 20 orta ümumtəhsil məktəblərindən 40 nəfər istedadlı şagird iştirak etdi. Ustad dərslərdə şagirdlərə ebru, akvarel, dekopaj, vitraj, qum sənəti, daş üzərində rəngkarlıq, akril texnikaları layihə rəhbəri Aybəniz Pənahova tərəfindən tədris edildi. Yekun sərgidə bütün şagirdlərin rəsm əsərləri genişmiqyasda sərgiləndi.

Tədbirdə ustad rəssamlar Əlirza Əliyev, Salar Rafiq Məmmədov, Sosial Tədqiqatlar Mərkəzinin departament rəhbəri Ayşəm Balayeva, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, 108 nömrəli məktəbin müəllimi Aynur Aslanova iştirak edərək, şagirdlərin işlərinə münasibət bildirdilər. Layihə rəhbəri Aybəniz Pənahova yaratdığı şəraitə görə Maştağa Mədəniyyət Evinin direktoru Tofiq Dadaşova xüsusi təşəkkür etdi.

Sərgiyə baxışdan sonra şagirdlər hər nominasiya üzrə sertifikatlarla təltif olundular.

 

Azpress.Az,Minə Türksoy

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !