Türkandan Pərvizin ayrılıq açıqlamasına cavab -

Türkandan Pərvizin ayrılıq açıqlamasına cavab

 "Neçə gündür İnstaqramda şərhləri bağlayıram. Pərviz danışdı, mən yox. Ona görə mənə təhqir yazırlar. Bu da mənə çox pis təsir edir. İllərdir Pərvizlə dostuq, birlikdə çörək qazanırıq".

AZpress.AZ axşam.az-a istinadən bildirir ki,bu sözləri müğənni Türkan Vəlizadə "Hər şey daxil" verilişində deyib. Sənətçi duet ortağı Pərviz Bülbülənin ondan ayrılma səbəbini açıqlayıb.

Türkan bildirib ki, Pərviz ona haqsızlıq edib:

"Pərviz sənət adamıdır, bilir ki, özü də dəfələrlə yaxın dostlarının məclisinə çata bilməyib. Biz xalqın toylarını, məclislərini oxuyuruq. Pərvizin Azərbaycanda və kənarda olan dostlarının toyunu bir manatsız oxumuşam. Yenə də buna hazıram.

Həmin dostunun rayondakı toyunu gedib başdan-ayağa təmənnasız oxumuşam. Bu dəfə uşağının məclisi idi. Toy varsa, bir gün əvvəl deyilməlidir. Mən də başqa bir toydayam. Necə mikrofonu yerə qoyum və gedim dəvətə? Bu səbəb deyil.

Yenə də Pərvizdən incimirəm. Onunla duet oxumamazlıq etmirəm. Pərviz neçə toy dəvəti olub, bizi birlikdə çağırıblar, imtina edib.

Mən başqa bir şey bilmirəm. Pərvizin ayrılıq səbəbini də efirdən eşitdim".

Qeyd edək ki, türkanla ayrılma xəbərini Pərviz açıqlamışdı. O, bundan sonra birlikdə işbirliklərinin olmayacağını söyləyib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !