İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 ŞAHMAT


Məmmədyarov FİDE Qran-Prisində 3-cü yerə düşüb, amma....

Hamburqda (Almaniya) keçirilən və iddiaçılar turnirinə seçmə xarakteri daşıyan FİDE Qran-Prisinin 3-cü mərhələsindən sonra təşkilatçı quqrum olan Beynəlxalq Şahmat Federasiyası (FİDE) iştirakçıların turnir cədvəlini açıqlayıb. Təəssüflər olsun ki, Hamburqdan əvvəl keçirilən ilk iki mərhələdən sonra 10 xalla yarış cədvəlinə rusiyalı Aleksandr Qrişukla şərikli liderlik edən həmyerlimiz Şəhriyar Məmmədyarov liderlik mövqeyini itirib. O, bu mərhələyə qatılmadığından xalları dəyişməz qalıb. Əvəzində Hamburqda iştirak edən Qrişuk xallarının sayını 14-ə çatdırmaqla vahid liderə çevrilib. Fransalı qrossmeyster Maksim-Vaşye Laqrav isə 13 xalla 2-ci pilləyə qalxıb. Bir məqamı da qeyd edək ki, yarışın reqlamentinə görə bu yarışların hər bir iştirakçısı 4 mərhələnin yalnız üçündə çıxış edə bilər. Bu baxımdan da, Məmmədyarovun daha bir mərhələdə - Təl-Əvivdə (İsrail) keçiriləcək sonuncu (4-cü) mərhələdə iştirak edəcək. Ümumi mükafat fondu 280 min dollar təşkil edən bu yarışın yekununda ilk iki yeri tutan şahmatçı iddiaçılar turnirində iştirak etmək hüququ qazanmış olacaq. Ona gərə də, həmin turnirə qatılmaq üçün Təl-Əviv mərhələsini Məmmədyarov üçün son şans kimi dəyərləndirmək olar. Yeri gəlmişkən, Məmmədyarovla yanaşı, bəlli turnirə digər şahmatçımız - Teymur Rəcəbov da qatılıb. Hamburqda yarışların elə ilk mərhələsindcə uduzan Rəcıbov ötən ay Dünya Kubokunu udmaqla bu imkanı əldə edib.

 

***

CÜDO


Yığmamızın üzvü Kindzerskaya Ukrayna çempionu olub
Ukraynanın Dinepr şəhərində kişi və qadınlar arasında bu ölkənin cüdo üzrə açıq çempionatı keçirilib. Çempionatda Azərbaycan yığmasının üzvü, əslən Ukraynadan olan İrina Kindzerskaya (+78 kq) da tatmi üzərinə çıxıb. Maraqlıdır ki, öz ölkəsinin daxili yarışına qatılan cüdoçu mütləq çəki dədrdcəsində qalib olmaqla Azərbaycan bayrağını yüksəklərə qaldırıb. O, mükafat fondu 30 min avro olan bu yarışın həlledici final qarşılaşmasında ukraynalı Yelizaveta Kalinini məğlub edib.

 

 

 

***

 

CÜDO


Leyla Əliyeva və Aleksandra-Larisa Florian Afrika Kubokundan "qızılla" dönüb

Kamerunun Yaunde çəhərində qadın cüdoşular arasında keçirilən Açıq Afrika Kuboku Azərbaycan komandası üçün uğulu olub. Belə ki, sözügedən turnirə 5 cüdoçu ilə qatılan yığmamız vətənə ikisi qızıl, biri gümüş və ikisi bürünc əyarlı olmaqla 5 medalla dönüb. Qızıl medallar 48 kq-da güləşən Leyla Əliyev ilə 57 kq çəkidə tatamiyə çıxan Aleksandra-Larisa Florianın payına düşüb. Maraqlıdır ki, yarımfinalda öz komanda yoldaşı Ayişə Qurbanlını üstələyən Leyla həlledici finalda isə nigeriyalı Fatimu Çaşiri məyus edib. Digər çempionumuz - Floriana gəlincə, Leyla kimi yarımfinalda öz komanda yoldaşı İçinxorlo Munxtsedevi (monqolıstanlı legionerimiz) udan tatmi ustamız finalda Leilani Akayamini (ABŞ) məğlubiyyətə uğradıb. Yığmanın aktivinə yazılan yeganə gümüş medalın sahibi yalnız finalda Sloveniyalı Ane Stanqerə uduzan Gültac Məmmədəliyeva (52 kq) olub. "Bürüncərsə" finala gedən yolları öz komanda yoldaşları tərəfindən kəsilən Aişə Qurbanlı (48 kq) ilə İçinxorlo Munxtsedevin (57 kq) payına düşüb.

 

***

 

ŞAHMAT

Şahmat klublarımız Avropa çempionatına qələbəylə başlayıblar

 

Xəbər verdiyimiz kimi dünən Çernoqoriyanın Ultsine şəhərində kişi və qadın şahmatçılardan ibarət klublar arasında Avropa çempionatına start verilib. İsveçrə sistemi üzrə keçirilməklə 7 turdan ibarət olan çempionatda Azərbaycan klubları da daxil olmaqla 66 kişi və 14 qadın klubu mübarizəyə qatılıb. Yeri gəlmişkən, ötən illərdən fərqli olaraq, bu il təmsilçilərimizdən yalnız biri - qadınlardan ibarət klubumuz "Odlar Yudu" adı ilə çıxış edir. Kişi klubumuz isə bu il "Vüqar Həşimov" adı altında mübarizəyə qatılıb.Sevidirici haldır ki, hər iki klubumuz yarışa qələbəylə başlayıb. "Vüqar Həşimov" Belçikanın "Fonteyn" klubunu 5:1, "Odlar Yurdu" isə "Rişon Lezion"u (İsrail) 4:0 hesabla udub. "Vüqar Həşimov"un heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıxlı, Natalya Buksa və Əhməd Əhmədzadə rəqibini mat qoyduğu oyunda yalnız Aydın Süleymanlı uduzub. "Odlar Yurdu"nun heyətində isə Ülviyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Zeynəb Məmmədyarovadan ibarət dördlüyün hamısı qələbə qazanıb. İlk turdan sonra "Vüqar Həşimov" 2 xalla 19-cu, heyəti AÇ-nin bürünc mükafatçılarından ibarət olan "Odlar Yurdu" 2-ci yerdədir.

Bu gün ikinci tur çərçivəsində "Vüqar Həşimov" "Maribor"la (Sloveniya), "Odlar Yurdu"sa "Nona" (Gürcüstan) ilə qarşılaşır.

 

***

"Vüqar Həşimov" "Maribor"u da udub

"Odlar Yurdu"sa "NONA"yla sülh bağlayıb

Çernoqoriyanın Ultsine şəhərində kişi və qadın şahmatçılardan ibarət klublar arasında keçirilən və Azərbaycan təmsilçiləri - "Vüqar Həşimov" (kişi) və "Odlar Yurdu" (qadın) klubunun da qatıldığı çempionat davam edir. Bir gün öncə baş tutan 1-ci turu qələbəylə bitirən kişi klubumuz ikinci turu da qələbəylə başa vurub. "Vüqar Həşimov" klubu hesabat turunda "Maribor" (Sloveniya) üzərində qələbə qazanıb - 4,5:1,5. Rauf Məmmədov, Vüqar Əsədli və Aydın Süleymanovun rəqibini mat qoyduğu həmin görüşdə Ülvi Sadıxov, Əhməd Əhmədzadə və Raufun ukraynalı həyat yoldaşı Natalya Buksa rəqiblə heç-heçə edib. İki oyundan sonra təmsilçimiz 4 xalla 66 klub arasında 12-ci sıradadır.

"NONA" ilə sülh bağlayan "Odlar Yurdu"na gəlincə, Xanım Balacayeva ilə Ülviyyə Fətəliyevanın qalib gəldiyi həmin qarşılaşmada Günay Məmmədzadə və Gülnar Məmmədova məğlubiyyətlə üzləşib. Nəticədə də, xanım şahmatçılarımız 14 klub arasında 3 xalla 2-ci yerdən 4-cü pilləyə düşüblər.

Bu gün çempionatda 3-cü turun partiyaları keçirilir. Turda "Vüqar Həşimov" "Primorski Rayon"la (Rusiya), "Odlar Yurdu" isə "Novı Bor"la (Çexiya) qarşılaşır.

 

 

İNTİQAM

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !