Ağcabədi rayonunda BAYRAQ GÜNÜ qeyd edildi - +FOTO=64 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Ağcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildi +FOTO=64 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

 AZpress.AZ- xəbər verir ki, Ağcabədi rayonunda “ BAYRAQ GÜNÜ “ münasibətilə tədbir keçirildi
Dövlət bayrağı meydanında rayon məktəbliləri arasında rəsm müsabiqəsi və şahmat yarışı keçirildi. Dövlət himninin ifası ilə başlayan tədbirdə aparıcı cənab Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışdı. Bildirildi ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədi şəhərində də Bayraq muzeyi və bayraq meydanı inşa edilib.

Dövlət rəmzlərinə hər zaman ehtiramla yanaşan vətənpərvər ağcabədililərin dəstəyi ilə rayonumuzda smeta dəyəri 1.235.000 manat olan 0.81 ha torpaq sahəsində ümumi sahəsi 1410 kv.metr , 3 mərtəbəli müasir memarlıq üslubunda möhtəşəm Bayraq Muzeyi tikilmişdir. Bayraq Meydanında dirəyin uzunluğu 65 m,bayrağın uzunluğu 16,eni isə 8 metrdir.

Tədbirdə məktəblilər Azərbaycan bayrağına həsr olunan şeirlər söyləyib, rəqs etdilər. Bayram tədbiri Ağcabədi mədəniyyət işçilərinin təşkil etdiyi konsert proqramı ilə başa çatdı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !