Ağcabədidə 12 Noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirilib - +FOTO=18 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Ağcabədidə 12 Noyabr Konstitusiya Günü münasibətilə tədbir keçirilib +FOTO=18 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

  Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon icra hakimiyyəti başçısının müavini Naibə Mustafayeva 12 Noyabr Konstitusiya Günü münasibətilə iştirakçıları təbrik edərək, demokratik dövlət və cəmiyyət quruculuğu baxımından böyük əhəmiyyət kəsb edən, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu ilk Milli Konstitusiyamızın qəbul olunması tarixindən danışıb.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağcabədi rayon prokuroru ədliyyə müşaviri Salman Səmədov məruzə ilə çıxış edərək, Azərbaycan Konstitusiyasının keçdiyi tarixi yoldan söz açıb: "Sovetlər dönəmində 1921, 1925 və 1937-ci illərdə qəbul edilmiş konstitusiyalar isə mahiyyət etibarilə müstəqil dövlətçilik və suveren xalq anlayışlarına uyğun gəlməyən formal sənədlər olub. 1978-ci ildə qəbul olunan konstitusiyada bir millətin millət ola bilməsi üçün ilk vacib şərtlərindən biri onun dövlət dilinin olması olduğundan, həmin illərdə respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyev konstitusiyada "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" müddəasının olmasına böyük çətinliklə də olsa nail oldu. Bu, o zaman çox böyük addım idi".

Tədbirdə ADPU-nun Ağcabədi filialının müəllimi ,tarix elmləri üzrə fəlsəfə doktoru-dosent Baxış Ələsgərov, "Aran" qəzetinin redaktoru Şirxan Hüseynov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdürü Əlizadə Nəcəfov çıxış edərək, Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan sonra əlavə və dəyişikliklərin edilməsi faktlarına toxundular. Qeyd olundu ki, Azərbaycan Respublikasının Avropa məkanına inteqrasiyası və eləcə də hüququn müasir inkişaf istiqamətləri ölkədə konstitusiya islahatlarının aparılması və Əsas Qanunun daha da təkmilləşdirilməsi zərurətini yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasına edilmiş dəyişikliklər Azərbaycanın hüquq sisteminin dünyanın inkişaf etmiş dövlətlərinin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması mahiyyət etibarilə ölkə vətəndaşlarının hüquq və azadlıqlarının daha səmərəli müdafiə edilməsi məqsədlərinə xidmət edir.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !