Faiq İsmayılov: - Yuxarı Gövhər-ağa məscidində nə baş verir: Multukulturalizm, tolerantlıq yoxsa Vandalizm? (+FOTO=37)

Faiq İsmayılov: Yuxarı Gövhər-ağa məscidində nə baş verir: Multukulturalizm, tolerantlıq yoxsa Vandalizm? (+FOTO=37)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan ərazisinin 20% - ni işğala məruz qoyan Ermənistan Respublikası, birdən – birə “humanistlik” ıostərərək Şuşa şəhərindəki Yuxarı Gövhər-ağa məscidindni bərpa məsələsi ilə gündəmi zəbt etdi.

Axı daim Azərbaycanın milli-mədəni dəyərlərini, geyimlərini, memarlıq sənətinin nümunələrini, inanc yerlərini, ibadət yerlərini, musiqi əsərlərini, musiqi alətlərini və digər sənət əsərlərini və tətbiqi sənət numunələrini, o, cümlədən folkloru, toponimləri, eləcədə tarixi əsərləri, yazılı nümunələrini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf goturərən Ermənistan, işğal altında saxladığı Azərbaycanın bütün milli mədəni dəyərləri planlı və sistemli bir şəkildə məhv edilməsini və ya mənimsənilməsini həyata keçirən Ermənistanın bu əməli heç də inandırıcı görünmürdü.

Əslində Şuşa şəhərinin Yuxarı Gövhər-ağa məscidindndə nə baş verirdi: - Multukulturalizm, tolerantlıq yoxsa Vandalizm? Biz bu məsələni araşdırmağa qərar verdik və insanı şoka salan detallar aşkar etdik.

Bizim üçün maraqlı idi Şuşa şəhərini etnik təmizləməyə məruz qoyan ermənilər, məscidi kimin üçün bərpa edirdilər? Orada kimlər ibadət edəcəkdi? Bu bərpanın arxasında nələr dururdu? Uzun illər ərzində Ermənistan tərəfindən rəsmi şəkildə davam etdirilən vandalizm aktları, Azərbaycanın işğal altında qalan Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində azərbaycan xalqına məxsus islam dini dəyərlərini (türbələr, məscidlər, pirlər, ziyəratgahlar, qəbirüstü abidələr, qəbristanlıqlar və s.) dağıdır, tamamilə məhv edir və ya formalarını dəyişdirirlər. Nə oldu tolerantlıq hissi bu millətə gücmü gəldi? Bəs nədən onlar təmir üçün Yuxarı Gövhər-ağa məscidini seçdilər?

Bütün bu qarmaqarışıq suallarla araşdırmalara başladıq və əldə etdiyimiz dəlillərə əsasən bu qənaətə gəldik ki, Yuxarı Gövhər-ağa məscidində aparılan təmir işləri növbəti vandal hadisədir. Bəs Ermənistanı bu addımı atmağa vadar edən səbəb nədir?

  1. Ermənistan Hökuməti öz işğalçılıq siyasətinə haqq qazandırmaq;

  2. Bu cür “humanist” fəaliyyətə görə, müsəlman ölkələri xüsusi ilə qonşu İran Dövləti ilə əlaqələri daha da genişləndirmək, bunun da sayəsində daha çox yardımlar və ianələr qoparmaq.

Ermənilər heç vaxt İslam dini abidələrinə qarşı hörmətlə yanaşmayıblar. Onlar bu gün əllərində bayraq etdikləri Yuxarı Gövhər-ağa məscidinin içərisini ayaqyoluna, ətrafını isə uşaqların əyləncə yerinə çevirmişdilər. Iranlı mütəxəsislərin müdaxiləsindən sonra Məscidin qapısını dəmir şəbəkə ilə bağladılar.

 

Məscidi 1992-ci ildə özləri vəhşicəsinə dağıdaraq divarları və minarələri ağır artileriya atəşlərinə məruz qoymuşdular. Çünki işğal dövrü Şuşada küçə döyüşləri olmamışdır. İşğaldan qabaq azərbaycanlı özünümüdafiə dəstələri və əhalinin bir qismi şəhərdən çıxarılmışdır. Ona görə də işğal dövrü ermənilərin indi iddia etdikləri kimi, binaların və tarix və mədəniyyət abidələrinin azərbaycanlı döyüşçülər tərəfindən zərər görmələri mümkün deyildi.

İslam dini abidələrinə nifrət edən ermənilər Yuxarı Gövhər-ağa məscidinə məxsus xalça, mebel və digər avadanlıqları qarət edərək şəxsi mənzillərinə daşıyıb, qapı və pəncərələri sökərək məscidi yararsız hala saldılar.

Ermənilər özlərinə müsbət imic formalaşdırmaq, müsəlman dövlətlərlə iqtisadi əlaqələrini genişləndirmək üçün, öz dağıtdıqlarını bərpa etməyə qərar verdilər. Təmir üçün Yuxarı Gövhər-ağa məscidi ona görə seçildiki. Bu məscid Bazar Meydanı deyilən ərazidə Şəhərin mərkəzində yerləşirdiyinə görə şəhərə gələnlərin daha tez diqqət mərkəzinə düşürdü.


İki müsəlman Dövlətin dəstək verdiyi erməni vandalizmi.

Beynəlxalq hüquqa görə, işğal altında saxlanan ərazilərdəki tarix və mədəniyyət abidələrinin dağıdılması, bir yerdən başqa yerə daşıdılması, formasının dəyişdirilməsi və hətta bərpa və təmir edilməsi yolverilməzdir. Bu baxımdan Dağlıq Qarabağda aparılan təmir-tikinti və abadlıq işləri Beynəlxalq Hüquqla uzlaşmır, qeyri-qanuni fəaliyyət hesab edilir. Çünki Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilib.

Bundan öncəki Ermənistan rəhbərləri Dağlıq Qarabağın işğal edilmədiyini burada yaşayan ermənilər “millətlərin öz müqəddaratlarını təyin etmə” hüququndan istifadə edərək “dövlət” qurduqları təbliğatla dünyanı aldatmağa çalışırdılar. Lakin Ermənistanın indiki baş naziri N.Paşinyan bu iddiaların üstundən bir cümlə ilə xətt çəkdi. O, görüşlərinin birində “Qarabağ Ermənistanındır” deməklə özündən əvvəlki prezidentlərin yalan danışdıqlarını isbatlayaraq, işğal faktını yenidən gündəmə gətirdi və son nöqtəni qoydu. Bəli, Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub.


 

Beynəlxalq hüququ ayaqları altına alan Ermənistan Şuşa şəhərindəki Yuxarı Gövhər-ağa məscidində təmir işləri aparmaq üçün İran və Qazaxstan Dövlətlərinin maliyyə dəstəyini qazanmağa nail oldu. Beləki Ermənistanın “Şərqin tarixi irsinin dirçəldilməsi” («Возрождение восточного исторического наследия») fondunun təşkilatçılığı ilə Yuxarı Gövhər-ağa məscidində təmir işlərinə başladı.


 

Məsciddə təmir işlərinə 2017-ci ildə ba.lansada 2018-ci ilin yanvarında elan edildi. Təmir işlərinə İKOMOS – Ermənistan (ИКОМОС-Армения) və İKOMOS – İran (ИКОМОС-Иран) təşkilatları arasında aparılan sövdələşməyə görə İrandan mütəxəsislər cəlb edildilər. Məscidin bərpa işlərinin maliyyəsini Qazaxstanın Forbes Kazakhistan (Forbes Kazakhstan) təşkilatı qarşıladı. Təşkilatın rəhbəri Kayrat Boranbaev Qazaxstanın çox nüfuzlu iş adamlarından sayılır. Onun rəhbərlik etdiyi təşkilatın Qazaxstanda, Belarusiyada və Rusiyada geniş şəbəkəsi mövcuddur.
Təmirin ilk günlərində Məscidin üzərində bir neçə ornamental görüntü və məscidin ətrafında bir neçə qəbrin başdaşı sındırılaraq yox edildi.

Daha bir müəmma. Məscidin daxilində qazıntı işləri nə məqsədlə aparılırdı?

Məlumdurki, abidənin təmirdən əvvəl, yeraltı mədəni qatların öyrənilməsi üçün abidənin mühafizə zonasında arxeoloji qazıntılar aparıla bilər. Arxeoloji qazıntı zamanı yerin mədəni qatlarında maraqlı nüanslar əldə edilərsə və bu zolaq abidənin içərilərinə doğru uzandığı müşahidə edilərsə o zaman abidənin içərisindədə qazıntı işlərinin aparılması istisna edilmir.

Lakin tədqiqat aparılmadan Yuxarı Gövhər-ağa məscidinin içərisinin bir neçə metr dərinliyində qazılması, heç bir bərpa və arxeoloji qazıntı qaydalarına uyğun deyildir.

 

Təmirin ilk günlərində Məscidin üzərində bir neçə ornamental görüntü və məscidin ətrafında bir neçə qəbrin başdaşı sındırılaraq yox edildi.

 

 

Yuxarı Gövhər-ağa məscidi.

Şuşa şəhərində etnik təmizləməyə məruz qoyduqları azərbaycanlıların burada yaşadıqlarını inkar edərən Ermənistan rəhbərliyi bu məscidin İran şahı Nadir şahın dövründə tikilmiş fars məscidi kimi təbliğ edərək İran dövlətinin nüfuzunu qazanmağa nail oldular. Halbuki Nadir şah məscidin tikintisindən 36-37 il əvvəl, yəni 1847-ci ildə vəfat etmişdi.Yuxarı Gövhərağa məscidi. İşğaldan əvvəl.

 

Yuxarı Gövhərağa məscidi. İşğaldan əvvəl.

Yuxarı Gövhər-ağa məscidin yerində hələ Pənah хanın dövründə qarqu və qamışdan bir məscid olub. Pənah хanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahim хan tərəfindən daşla əvəz edilsədə memarlıq quruluşu o qədər də qənaətbəxş olmamışdı. Yuxarı Gövhər ağa məscidini Qarabağ xanı İbrahim xanın qızı Gövhər Ağanın (Gövhərnisə bəyim)in vəsaiti hesabına 1883-84-cü illərdə, memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdi.

Bir müddət sonra ermənilər bu iddialarından geri çəkilərək, məscidin 1883-84-cü illərdə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edildiyini lakin abidənin farslara aid olduğu barədə yeni idda etməyə başladılar.

 

Yuxarı Gövhər-aga məcidi Azərbaycan xalqının milli mədəni və tarixi sərvətidir. Bir xalqın mədəni irsin digər xalq, millət və ya xalqlar və ya millətlər tərəfindən dağıdılması, məhv edilməsi və ya vandalizmə uğradılması Beynəlxalq qanunlara görə yolverilməzdir. Bu barədə “Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında” 1954-cü ildə qəbul edilmiş Haaqa konvensiyası öz üzvləri qarşısında: - Hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, memarlıq, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Ermənistan Hökumətinin Yuxarı Gövhər-aga məcidi üzərində apardığı təmir işləri Beynəlxalq hüquqazidd əməl kimi səciyyələndirilir.

Yuxarı Gövhər-aga məcidi təmirdən sonra.
 

 


Faiq İsmayılov

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !