BDU-nun 100 illik yubileyi münasibətilə vətənpərvərlik ruhunda tədbir keçirilib - (YENİLƏNDİ...)

BDU-nun 100 illik yubileyi münasibətilə vətənpərvərlik ruhunda tədbir keçirilib (YENİLƏNDİ...)

TƏDBİRDƏN GENİŞ VİDEO REPORTAL HAZİRLANR:..

Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin, şərəfli bir yol keçib. Tarixin ən müxtəlif mərhələlərində elmi və ictimai düşüncənin lokomotivi kimi çıxış edən Bakı Dövlət Universiteti 100 illik yubileyi ərəfəsindədir. Ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların, son texnologiyaların tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində böyük xidmətləri vardır. BDU tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verib.

BDU həm də ona görə sürətlə inkişaf edib ki, daim Heydər Əliyevin qayğısını, diqqətini görüb. Bu gündə Prezident İlham Əliyev Ulu Öndərin siyasətini davam etdirərək, universitetə yüksək diqqət və qayğı ilə yanaşır.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə başlanan mədəni-kütləvi tədbirlər çərçivəsində universitetdə vətənpərvərlik ruhunda tədbirlər keçirilir, maraqlı simalar dəvət edilir. Belə canlı görüşlər isə tələbələrin həyatında unudulmaz tarixə çevrilir. 12 noyabr tarixində gerçəkləşən tədbirin xüsusi qonagı Türk Dünyasının qəhrəmanı "Azərbaycan Bayrağı" ordenli İbad Hüseynli idi.

Tədbirdə kəşfiyyat-diversiya dəstəsinin keçmiş komandiri İbad Hüseynliyə həsr edilmiş film nümayiş edildikdən sonra qəhrəmana söz verilidi. Qarabag müharibəsində zəngin döyüş yolu keçmiş İbad Hüseynli Bakı Dövlət Universitetinin 100 illik yubileyi ərəfəsində BDU-da olmaqdan məmnunluq hissi keçirdiyini dilə gətirib, universitetin professor- müəllim və tələbə heyətini yubiley münasibəti ilə təbrik etdi. İştirakçısı oldugu döyüşlərdən , vətənpərvərlikdən bəhs edən qəhrəman tələbə -gənclərə "Millətini , vətənini sevən hər kəs qəhrəmandır. Çünki vətənpərvər olmasan , qəhrəman da ola bilməzsən” dedi.

Şairə jurnalist Gülşən Behbud qəhrəman haqqında fikirlərini bölüşdükdən sonra vətənpərvərlik ruhunda şeirlər səsləndirildi. Tədbirin bədii hissəsi populyar mügənni Səyyad Əlizadənin ifası ilə yekunlaşdı. Tədbirin sonunda çıxış edən BDU-nun sosial məsələlər , tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Agamirzəyev Qarabag müharibəsi iştirakçısı İbad Hüseynliyə , mügənni Səyyad Əlizadəyə universitetin 100 illiyinə verdikləri töhfəyə görə təşəkkürünü bildirdi.

Tədbirdə Universitetin rektoru Elçin Babayev, professor- müəllim heyəti və eyni zamanda sənət adamları, Ayşən Mehdiyeva, Amin Şah, Yeganə Həsənova "Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Gülşən Behbud iştirak edirdi.

Maraqlı layihənin təşəbbüskarları Bakı Dövlət Universitetinin YAP sədri Bəxtiyar Nəbiyev, sədr müavini Sevda Quliyeva tədbirin yüksək səviyyədə keçirilməsində fəal iştirak edərək, tələbə-gənclərin həyatına xoş xatirələr bəxş etmiş oldular.

Qarabagda ilk hərbi toqquşmaların başlandığı zaman, İbad Hüseynli Rusiyanın Amur şəhərində yerləşən hərbi hissədə Sovet ordusu sıralarında qulluq edirdi. Burada o, Sovet Ordusunun Bakıya qoşun yeritdiyini və çoxlu sayda həmyerlilərinin öldürüldüyünü öyrənir. İbad Hüseynli etiraz olaraq Azərbaycandan olan digər hərbçilərlə birlikdə müddətsiz aclıq aksiyasına başlayır. Komandanlığın ağır təzyiqinə baxmayaraq, onlar aclıq aksiyasını dayandırmır.Nəticədə rəhbərlik İbad Hüseynli və aclıq aksiyasında iştirak edən dörd nəfər əsgər yoldaşını 4 ay öncədən tərxis edir.İbad Hüseynli 1990 –cı ildə Azərbaycana, öz doğma Xocavənd rayonuna qayıdır və orada yerli hərbi özünü- müdafiə birləşmələrinin yaradılmsında fəal iştirak edir. İbad Hüseynli tezliklə "kəşfiyyat-diversiya dəstəsi" yaradır və erməni hərbi birləşmələrinə sarsıdıcı zərbələr endirir. Silah-sursatın olmadığı bir dövrdə yeganə ümid qənimət silahların ələ keçirilməsi oldu.

Ermənilərin çoxlu sayda silah və təchizatlarını ələ keçirməyə başlayır. 26 dekabr 1993-cü ildə İbad Hüseynli minaya düşərək ağır yaralanır. 28 günlük komadan sonra möcüzə sayəsində sag qalır.

9 oktyabr 1994-cü ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. 2015 -ci ildə Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi tərəfindən təsis edilmiş "Şərəf” medalı mərkəzin rəhbəri, keçmiş Təhsil naziri və uzun illər millət vəkili olmuş Həsən Cəlal Gözəl tərəfindən İbad Hüseynliyə təqdim edildi. Haqqında sənədli və bədii filmlər çəkilmiş, bir çox kitablar yazılmışdır. Onu da xatırladaq ki, bu gün keçmiş Daglıq Qarabagın inzibati ərazisinin yeganə işğal olunmayan hissəsi məhz İbad Hüseynlinin qanı bahasına Azərbaycan Ordusunun nəzarəti altına alınmışdır. Bu gün həmin ərazidə Azərbaycan bayrağı dalğalanır.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !