İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 VELOSİPED

 

Azərbaycan yığması Olimpiya reytinqində 44-cü olub

Bu isz velosipedçilərimizə Tokio-2020-də iştirak etmək hüququ verib

 

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) reqlamentinə və illik təqvim planına əsasən, kişilərin şose velosipedində 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keşiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışlar bu ilin oktyabr ayında başa çatıb. Reqlamentə görə, tərtib olunan Olimpiya reytinq cədvəlinin ilk 50 pilləsində (Top-50-də) qərarlaşan milli federasiyaların 130 idmançısı 4 illiyin zirvə yarışında iştirak hüququna yiyələnib. Maraqlıdır ki, bu müddət ərzində baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət heyətlə nüfuzlu yarışlara qatılan milli komandamız 894 lisenziya xalı toplayıb ki, bu da yığmamıza UCİ-nin reytinq cədvəlində 44-cü olmaq imkanı verib. Ümumilikdə isə UCI-a üzv olan 196 milli federasiyadan 115-i Tokio-2020 Yay Olimpiya oyunlarına lisenziya xalları qazanıb. Qeyd edək ki, şose velosipedində lisenziyalar milli federasiyalara verilir. Olimpiadada iştirak edəcək idmançı isə yerli federasiya tərəfindən müəyyənləşdirir.

 

***

ŞAHMAT

"Vüqar Həşimov" yenə uduzub, "Odlar Yurdu"sa rəqiblə sülh bağlayıb

Noyabrın 10-da Çernoqoriyanın Ultsine şəhərində Azərbaycan klubları - "Vüqar Həşimov" (kişi) və "Odlar Yurdu" (qadın) da daxil olmaqla 66 kişi və 14 qadın şahmat klubunun iştirakı ilə startı verilən klublararası Avropa çemionatı artıq başa çatmaq üzrədir. İsveçrə sistemi üzrə keçirməklə 7 turdan ibarət olan çempionatda dünən axşam saatlarında 6-cı turun qarşılaşmaları olub. Təəssüflər olsun ki, 5-ci turda İtaliyanın "Padova" klubuna uduzmaqla liderliyi əldən verərək birbaşa 6-cı pilləyə yuvarlanan "Vüqar Həşimov" 6-cı turda isə Çexiyanın "Nobı Bor"una məğlub olmaqla 8 xalla 11-ci yerə düşüb. Kişilərdən fərqli olaraq, daha fəal olan və 5-ci turda Sloveniyanın "Maribor"unu üstələyən "Odlar Yurdumuz"a gəlincə, zəriflərimiz 6-cı hesabat turunda "Monte-Karlo" (Monako) ilə sülh bağlayıb - 2:2. Bu sülh razılaşmasında bir xal itirən "Odlar Yurdu" 7 xalla 4-cü pillədən 5-ci yerə düşüb.

Bu gün çempionata 7-ci turla yekun vurulacaq. Medal şansını itirən "Vüqar Həşimov" son tur çərçivəsində "Rapid"lə (Avstriya), hələ də mükafatçılar sırasında yer almaq şansı olan "Odlar Yurdu"sa Serbiya təmsilçisi "Jelitsa" ilə qarşılaşacaq. Qızlarımızın medal qazanması üçün ilk öncə son turu qələbəylə bitirmələri lazımdır. Bu bu heç də işin həlli deyil. Çünki, hazırda 10 xalla yarış cədvəlinə liderlik edən "Nona"ya (Gürcüstan) çatması mümkün olmayan "Odlar Yurdu"nun əsəs rəqibləri olan "Yuqra" (Rusiya), "Kiyev Şahmat Federasiyası" (Ukrayna) və "Monte-Karlo" (Monako) hərəya 8 xalla 2-4-cü yerləri bölüşürlər. "Odlar Yurdu"nun medal qazanması üçün bu komandaların uduzması gərəkdir.

 

İNTİQAM

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !