Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib - (+FOTO=5)

Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib (+FOTO=5)

 AZpress.AZ xəbər verir ki, Özbəkistanın Xorezm vilayətində keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində Vilayətin mərkəzi şəhəri Urgəncdə Gənclər ittifaqının akt zalında Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib.

Tədbir Özbəkistanın Xorezm vilayətində keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində reallaşdırılmışdır.

Tədbirdə Xarəzm vilayətinin mədəniyyət, incəsənət sahəsi üzrə mütəxəssisləri, müəllim və tələbələr, hakimiyyət nümayəndələri, gənclər, jurnalistlər iştirak ediblər.

İlk öncə Xorezm Vilayət Mədəniyyət İdarəsinin rəhbəri Şavkat Yaxşıbayev Azərbaycanla münasibətlər, Azərbaycan mədəniyyətinin vizit kartı olan milli rəqslərimiz barədə çıxış edərək, xarəzm vilayətinin də zəngin rəqs ənənələrinin olduğunu qeyd edib. Natiq bu yaxınlarda Vilayətdə təşkil olunan “Rəqsin sehri” adlı Beynəlxalq rəqs festivalında da Fikrət Əmirov adına Azərbaycan Dövlət Rəqs və mahnı Ansamblının qran-pri mükafatına layiq görülməsi ölkəmizin rəqs sənətinin zəngin və unikal olduğunu sübut etdiyini qeyd edib. Azərbaycan xalqının yaratdığı rəqslərin uzun əsrlər boyu öz rəngarəngliyi və coşğunluğu ilə insanı valeh etdiyini söyləyən Şavkat Yaxşıbayev Özbəkistanda milli rəqslərimizə böyük maraq və sevgi olduğunu vurğulayıb.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Polad Zeynalov ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrindən danışıb, xalqımızın zəngin mənəvi sərvəti olan rəqslərimizin sadədən mürəkkəbə doğru inkişaf edərək saflaşdığını, onun incəsənətinin təkrarsızlığını nümayiş etdiridyini bildirib. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində rəqs dərnəyinin yaradıldığını və bu dərnəkdə yüzlərlə uşaq, yeniyetmələrin milli rəqslərimizin sirlərini öyrədildiyini qeyd edib. O, Azərbaycan milli rəqslərinin xarici ölkələrdə təbliği, bu istiqamətdə Heydər Əliyev Fondunun layihələri barədə məlumat verib.

Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs dərnəyi və Azərbaycan qızları rəqs ansamblının rəhbəri Kaykep Aliyeva həmahəngliyi, zərifliyi və dəqiqliyi, şuxluğu ilə insanlara böyük mənəvi zövq yaşadan milli rəqslərimiz haqqında danışıb. Azərbaycan və Özbəkistanın Əməkdar Artisti Kaykep Aliyeva “Uzundərə”, “Nəlbəki”, “Köçəri”, “Yallı” və başqa rəqslərimizin özünəməxsusluğu, onların xalqımızın məişət həyatı, adət-ənənələri, mədəni zənginliyini özündə əks etdirdiyini söyləyib.

Daha sonra praktiki olaraq Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı Azərbaycan milli rəqslərini təqdim edib. Ansamblın ifasında “ Azərbaycan süitası”, “Uzundərə”, ” Nəlbəki”, “Aman Tello”, “Mirzeyi” kimi milli rəqslərimiz ifa olunub. Azərbaycan rəqsləri iştirakçıların böyük marağına və alqışlarına səbəb olub.

Qeyd edək ki, bununla əlaqədar Mərkəzin zalında “Milli rəqslərimiz xalqımızın mədəni sərvətidir” adlı fotosərgi də nümayiş olunub.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !