Ukrayna Respublikasında qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları barədə konfrans keçirildi - (+FOTO=1)

Ukrayna Respublikasında qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları barədə konfrans keçirildi (+FOTO=1)

 AZpress.AZ xəbər verir ki, “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB tərəfindən Ukrayna Respublikasında "Ermənistanın təcavüzü nəticəsində Qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası üçün beynəlxalq konfrans" adlı layihə icra olundu. Tədbir Ukrayna və Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edildi. “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB-nın sədri Ayaz Məmmədov iştirakçıları salamladı və AYNHA İB-nin bu sahədə gördüyü işlər barədə məlumat verdi. Ardınca layihə rəhbəri Ruslan Mirzəzadə öz çıxışında erməni təcavüzünün iç üzünü vurğulayaraq, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları və onların bərpası barədə danışdı. Ermənistan Azərbaycana qarşı elan olunmamış müharibə nəticəsində 20% torpaqları işğal etmiş, 1 milyona yaxın qaçqın və məcburi köçkünlər öz dogma torpaqlarından didərgin düşmüş, yaşamaq, mülkiyyət, sağlamlıq, azadlıq və s. kimi hüquqları pozulmuşdur. BMT-nin Qarabağla bağlı qəbul etdiyi qətnamələri icra etməmiş, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqları bərpa olunmamışdır deyə Ruslan Mirzəzadə fikirlərini ifadə edərək Ermənistanın işğalçılıq siyasətini pislədi. Ardınca Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Vətən həsrəti” adlı video material izləndi. Tədbirdə iştirak edən “Azərbaycan Vəkillər Kollegiyası”nın üzvü Zaur Niftəliyev “Bayraq Günü” barədə iştirakçılara məlumat verdi və soydaşlarımızı təbrik etdi. Qonaqlardan "Peremoqa" qəzetinin redaktorunun müavini Ədalət Kərimov, Kremençuk bələdiyyəsinin sədr müavini Vasiliy Kompaniec çıxış edərək bildirdilər ki, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalı, qaçqın və məcburi köçkün düşmüş azərbaycanlıların hüquqları bərpa edilməlidir. Sonda qonaqlarla çay masası ətrafında səmimi söhbət keçirildi, ermənilərin qərəzli torpaq iddiası və düşmənçilik siyasəti pisləndi.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !