İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 ŞAHMAT

"Odlar Yurdu" AÇ-də 4-cü, "Vüqar Həşimov"sa 8-ci olub

 

 

Noyabrın 10-da Çernoqoriyanın Ultsine şəhərində Azərbaycan təmsilçiləri də daxil olmaqla 66 kişi və 14 qadın şahmat klubunun iştirakı ilə startı verilən klublarası Avropa çempionatına (AÇ-2019) dünən baş tutan və sayca 7-ci olan turun partiyaları ilə yekun vurulub. Təəssüflər olsun ki, son turu qələbəylə bitirən təmsilçilərimizdən nə kişilərdən ibarət "Vüqar Həşimov", nə də "Odlar Yurdu" qadın klubumuz mükafatçılar arasında yer ala bilməyib. Heyətində Rauf Məmmədov, Vüqar Əsədli, Ülvi Sadıxov, Aydın Süleymanov, Əhməd Əhmədzadə, Natalya Buksa (R.Məmmədovun yoldaşı) və məşqçi-oyunçu Anar Allahverdiyevin cəmləşdiyi "Vüqar Həşimov" cıxışını 10 xalla 8-ci pillədə başa vurub. Kişilərin yarışında "Padova" (İtaliya) 14 xalla 1-ci, "Novı Bor" (Çexiya) 12 xalla 2-ci, aktivinə 11 xal yazdıran "Mednik Vsadnik" (Rusiya) klubu isə 3-cü yeri tutub. Heyəti Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Türkanla Zeynəb Məmmədyarova vacılarından ibarət "Odlar Yurdu" isə 9 xalla 4cü olub. Bu heyətlə ötən ay Batumidə (Gürcüstan) keçirilən komandalararası (yığmalar) Avropa çempionatında üçüncü yeri tutan zəriflərimiz 1-ci yeri tutan "Nona"dan (Gürcüstn) cəmi 2, 2-ci və 3-cü yerləri bölüşən "Kiyev Şahmat Federasiyası" (Ukrayna) və "Monte-Karlo"dan (Monako) 1 xal geri qalıb.

Əslində hər iki klubumuzun medal qazanmaq imkanı var idi. Xatırladaq ki, "Odlar Yurdu" startdan sonra birinci olmuşdu, "Vüqar Həşimov"sa 4-cü turda yarışcədvəlində liderliyi ələ almışdə. Lakin, "VH"-un 5-ci turda "Padova"ya uduzması hər şeyi alt-üst etmişdi. Nəticədə əd hər iki klubumuz AÇ-2019-la əliboş vidalaşmalı olub.

 

***

CÜDO

Rüstəm Orucov Çempionlar Liqasının üçüncüsüdür

 

 

 

 

Portuqaliyanın Odibelaşe şəhərində cüdo üzrə keçirilən kublararası Avropa Çempionlar Liqasına yekun vurulub. Xəbər verdiyimiz kimi, bəlli turnirdə Azərbaycan yığmasının lideri Rüstəm Orucov (73 kq) da iştirak edib. Cüdoçumuz Belqradın "Servona Zvezda" klubunun şərəfini qoruyub. Həmyerlimizin klubu turnidə üçüncü olmaqla "bürünc medala layiq görülüb.

Yeri gəlmişkən, turnirin qalibi adını finalda Rusiyanın "Yararı Nevı" klubunu üstələyən ev sahibi olan "Sportinq" (Portuqaliya) qazanaraq, ötənilki titulunu özündə saxlayıb.

 

İNTİQAM

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !