Nərimanov rayonunda Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi adlı layihənin yekunu... - (+FOTO=24)

Nərimanov rayonunda “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin yekunu... (+FOTO=24)

 AZpress.AZ xəbər verir ki, 14 noyabr 2019-cu il tarixdə 177 saylı tam orta məktəbdə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmalar Mərkəzi” ictimai birliyinin birgə təşkilatçılığı ilə “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” layihəsinin yekun tədbiri keçirilib.

Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin təlimçisi Vüsal Ömərov,177 saylı tam orta məktəbin müəllim heyəti və 30 nəfər şagird iştirak etmişlər.

Çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi, “Açıq hökumətin təşviqi sahəsində tədbirlərin keçirilməsi” adlı layihənin təlimçisi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi məktəblilərin elektron xidmətlər, elektron informasiya resurslarından istifadə ilə bağlı məlumatlandırması, təhsil işçilərinə elektron xidmətlərdən istifadədə köməklik göstərilməsi ilə tədrisin keyfiyyətinin artırılmasına dəstək verməkdir. Təlimçi qeyd etdi ki, XXI əsrin ilk onilliyində sürətlə inkişaf edən və yayılan informasiya və kommunikasiya texnologiyaları, bununla bağlı yeni vüsət almış elektronlaşma prosesləri ölkələrinsosial-iqtisadi həyatına ciddi şəkildə təsir etmişdir. Ənənəvi idarəçilik metodlarının günün və cəmiyyətin tələbləriniödəməməsi bütün ölkələri innovativ modellərin axtarışına yönəltmişdir. Hazırda ölkədə geniş tətbiq olunan “Elektron hökumət”in vətəndaş üçün bir sıra üstünlükləri var. Qeyd etmək lazımdır ki, vətəndaş dövlət qurumlarının göstərdiyi xidmətləri internet vasitəsi ilə aldığından bürokratik əngəllər aradan qalxır. Yaradılan xidmətlər həm də vətəndaşlara problemlərini ayrı-ayrı təşkilatlara ayaq döymədən, elektron qaydada həll etməyə imkan verir. Artıq “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” çərçivəsində xeyli işlər görülüb. Atılan addımlar dövlətin qarşıdakı illərdə göstərilən elektron xidmətlərin əhatəsinin genişləndirilməsi və keyfiyyətinin artırılmasında maraqlı olduğunu göstərir.

Sonda təlimçi tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !