H.Əliyev mərkəzində Məhşur fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi - +FOTO=53 (Mahir Əhmədov- AZpress.AZ)

H.Əliyev mərkəzində Məhşur fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi +FOTO=53 (Mahir Əhmədov- AZpress.AZ)

 AZpress.AZ xəbər verir ki, Heydər Əliyev Mərkəzi Lümyer qardaşları adına fotoqrafiya mərkəzi ilə birlikdə Bakıda Sovet fotoqrafiyasının klassiki Yakov Xalipin ilk sərgisini təqdim edir. “Avanqard Davamçısı. Azərbaycan Gündəliyi” sərgisi Heydər Əliyev Mərkəzinin və Lüymer qardaşları adına Fotoqrafiya Mərkəzinin Sovet fotoqrafiya irsini tamaşaçı üçün açan ilk birgə layihəsidir.

Yakov Xalipin sərgisində müəllifin 1930-60 – cı illərdə 100-dən artıq ən yaxşı fotoşəkillərdən ibarət kolleksiya təqdim edilir. Müəllifin milli fotoqrafiya sənətinin klassikasına çevrilmiş işləri ilə yanaşı, sərgi çərçivəsində ilk dəfə olaraq Azərbaycanda çəkdiyi əsərlər silsiləsi nümayiş etdiriləcəkdir. Bu silsilələrdə 1930 –cu illərdə Bakının “İnturist” üçün çəkilişləri, müharibədən sonrakı Bakının 1940-1950-ci illərə aid kadrları, eləcə də o dövrdə Azərbaycan SSR-in müxtəlif rayonlarından reportajlar yer alır.

Ekspozisiya altı əsas blok ətrafında qurulmuşdur. “Fotoavanqard təcrübəsi” blokunda Yakov Xalipin Sovet fotoqrafiyasının qızıl fonduna daxil olan fotoşəkilləri yəqdim edilir. Bu bölmədə - Xalipin öz həmkarı və müəllimi Aleksandr Ronçenko ilə birlikdə “SSRİ tikintidə” jurnalı üçün (1930-cu illər) çəkdiyi cəsarətli işləri nümayiş etdirilir. Fotoqrafın peşəkar yetkinliyi XX əsrdə rusiya tarixində dönüş nöqtəsi rolunu oynayan hadisələrə təsadüf edir. Ekspazisiyaya Xalipin papaninçi qəhrəmanların “Şimal qütbü-1” Arktik stansiyasından xilas edilməsi üzrə ekspedisiyası, onun şair Konstantin Simonovla birlikdə keçdiyi Böyük Vətən Müharibəsi dövrü və əsas jurnallar üçün Sovet İttifaqından və xaricdən müharibədən sonrakı dövrə aid repertajları daxil edilmişdir. Reportaj işlərindən savayı, sərgiyə “İnturist” agentliyi üçün əvvəlki və sonrakı reklam çəkilişləri də daxil edilib. Yakov Xalipin Azərbaycandan (1930 və 1949-1950 –ci illərə aid) hazırladığı bir sıra repertajlar silsiləsi ayrıca bölmə kimi təqdim edilmişdir. Bu silsilə Heydər Əliyev Mərkəzində tamaşaçılara ilk dəfə tam nümayiş etdirilir.

Sərgidə fotoşəkillərlə yanaşı Xalip ailəsinin arxivindən materiallar da təqdim olunmuşdur. Bunlar o dövr barədə təsəvvür yaradan unikal artefaktlardır. Arktika ekspedisiyasının sənətləri; orijinal yol xəritələri; ezamiyyət sənətləri və teleqramlar; 1930-cu illərin açıqça dəstləri; Yakov Xalipin fotoşəkillərinin olduğu nadir kitablar və broşürlər; jurnal nəşrləri; Xalipin yaratdığı tematik albomlar; fotoqrafın üzərində çalışdığı kitablar.

Sərgi Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin dəstəyi ilə yaradılmışdır.

Sərginin Kuratoru: Katerina İlyina

Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzinin baş kuratoru:

Natalya Qriqoryeva - litvinskaya

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !