Lənkəran teatrı Bakıda Vəfalı Səriyyə tamaşası ilə çıxış edəcək - +FOTO=13 (Azpress.AZ – Ağaddin Babayev, Lənkəran)

Lənkəran teatrı Bakıda “Vəfalı Səriyyə” tamaşası ilə çıxış edəcək +FOTO=13 (Azpress.AZ – Ağaddin Babayev, Lənkəran)

  Noyabrın 22-dən 30-dək Bakının teatrlarında Cəfər Cabbarlı həftəsi keçiriləcək. Azpress.AZ xəbər verir ki, görkəmli dramaturqun 120 illik yubileyinə həsr olunmuş həftə çərçivəsində Lənkəran Dövlət Dram Teatrı noyabrın 27-də saat 19.00-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində ədibin “Vəfalı

Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşası ilə çıxış edəcək.

Qeyd edək ki, bu yaxınlarda premyerası keçirilmiş tamaşa həmçinin qonşu Lerik rayonunda da oynanılıb. Cəfər Cabbarlı həftəsindəki təqdimat isə “Vəfalı Səriyyə”nin bir növ Bakı premyerası olacaq.

Əsərin quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Ramazan Ağayev, bəstəkarı Eldar Salayevdir.

Rolları aktyorlardan Aynur Əhmədova (Səriyyə), Səyad Əliyev (Rüstəm), Xalq artisti Qabil Quliyev (Həmzə), Əməkdar artist Sucəddin Mirzəyev (Səfər), Qızılgül Quliyeva (Çimnaz), Əbülfəz Axundov (Axund), Tərlan Abdullayev (Məhərrəm), Emin Fərzullayev (Qurban), Miraslan Ağayev (Molla Möhsün), Təranə Fərəcova (Hüsniyyə) və Amil İbrahimli (Əsgər) ifa edirlər.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !