Region gənclərindən könüllülük hərəkatına ilk addım layihəsi çərçivəsində intellektual yarış keçirilib - (+FOTO=6)

“Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsi çərçivəsində intellektual yarış keçirilib (+FOTO=6)

 AZpress.AZ xəbər verir ki, “Gəncliyə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Region gənclərindən könüllülük hərəkatına ilk addım” layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində 16-17 noyabr 2019-cu ildə Zərdab rayon Mərkəzi Kitabxanasında intellektual yarış keçirilmişdir.

Tədbirlərdə Azərbaycan Respublikasının Gənclər Fondunun əməkdaşı Rahim Rəhimov, Zərdab rayon İcra Həkimiyyətinin nümayəndəsi Tural Nağıyev və Zərdab rayon Gənclər İdman İdarəsinin rəisi İlkin Əliyev iştirak etdi.

Birinci gün Zərdab rayon Mərkəzi Kitabxanasının direktoru Nailə xanım tədbiri açıq elan etdi. Sonra Layihə rəhbəri Vəfa Xəlilli layihənin həyata keçirilməsində dəstəkçi olan Azərbaycan Respublikasının Gənclər Fondu, "Gəncliyə Dəstək" İctimai Birliyi və layihə haqqında məlumat verdi. Həmçinin Zərdab rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Ələkbər Kərimov çıxış etdi və belə layihələrin keçirilməsinin təqdirəlayiq olduğunu bildirdi, Azərbaycan Gənclər Fonduna dəstəyinə görə təşəkkür etdi. İsayev İlqar çıxış edərək, oyunun qaydaları haqqında iştirakçılara məlumat verdi və oyunu açıq elan etdi. Oyunda 72 nəfər olmaqla 12 komanda iştirak etdi. Növbəti gündə keçiriləcək Final oyununa 6 komanda - H.B. Zərdabi adına 1 saylı məktəb-lisey, Ş.Qurbanov adına 2 saylı tam orta məktəb, İsaqbağı tam orta məktəbi, Şıxbağı tam orta məktəbi, Yarməmmədbağı tam orta məktəbi, Körpükənd tam orta məktəbi vəsiqə qazandı.

İkinci gün - Final oyununda "Gəncliyə Dəstək" İctimai Birliyinin sədri Vəfa Xəlilli çıxış edərək finala vəsiqə qazanmış komandaları təbrik etdi və onlara uğurlar arzu etdi. Həmçinin Təşkilatın sədr müavini Eldar Xəlilov çıxış etdi və çıxışında könüllük fəaliyyətinin vacibliyini vurğuladı. Yarışın kapitanı İsayev İlqar Final oyunun qaydalarını komandaların nəzərinə çatdırdı. Oyun keçirildi və iki mərhələli oyundan sonra qalib komandaların

I yer - H.B.Zərdabi adına 1 saylı məktəb-lisey
II yer - Yarməmmədbağı kənd tam orta məktəb
III yer - Körpükənd tam orta məktəb

Sertifikatları verilərək təltifetmə mərasimi keçirildi. Həmçinin digər komandalara da həvəsləndirici sertifikatlar verildi.

Yarışlarda çay-kofe fasiləsi oldu və iştirakçılara bukletlər paylandı.

Layihənin məqsədi region və kəndli gəncləri könüllülük və ictimai fəaliyyətə cəlb etməklə onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə nail olmaqdan ibarətdir. Layihə sentyabr aydından icra olunur və 3 ay müddətində davam etdiriləcək.

 

 

Vəfa Xəlilli

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !