Sumqayıt Dövlət Dram Teatrı son illər öz zəngin repertuarı ilə diqqət mərkəzindədir -

Sumqayıt Dövlət Dram Teatrı son illər öz zəngin repertuarı ilə diqqət mərkəzindədir

 AZpress.AZ xəbər verir ki, bütün sosial kontingentdən olan tamaşaçıların bədii- estetik zövqünə, müasir düşüncəyə, tarixi-mədəni irsin təbliğinə yönəlik əsərlər rejissorların yeni yozumunda tamaşaçılara təqdim olunur.

Teatr-tamaşaçı münasibətlərinin yaxşılaşması üçün gərəkli kreativ layihələr effektiv bəhrəsini verməkdədir. İndi Sumqayıt tamaşaçısı nəfis şəkildə tərtib olunaraq teatrın qarşısında qoyulmuş afişalardan, həmçinin ictimai nəqliyyat vasitələrində mütamadi nümayiş etdirilən reklam çarxlarında aylıq, həftəlik repertuar haqqında məlumatlı ola və seçim edə bilir.

Son vaxtlar yaradıcı heyətin məsuliyyəti daha da artmışdır. Sumqayıtın şəhər statusu almasının 70 illiyi ilə bağlı silsilə tədbirlərdə kollektivimiz də böyük həvəslə iştirak edir. Təntənəli yubiley tədbirinin Sumqayıt şəhər icra hakimiyyəti ilə birgə Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyətinin hazırlaması qürurverici haldır. Belə ki, kütləvi şəhər tədbirinin ssenari müəllifi və quruluşçu rejissoru əməkdar artist Namis Şirməmmədovdur.

Əlbəttə, Sumqayıt Dövlət Dram Teatrının uğurlarının kökündə dövlət başçısı Cənab İlham Əliyevin, I vitse-prezident Mehriban xanım Əliyevanın ölkə mədəniyyətinə qayğısı dayanır. Eyni zamanda Mədəniyyət Nazirliyi sənət ocağını hər zaman diqqət mərkəzində saxlayır.

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ildə Cəfər Cabbarlının yubileyinin qeyd edilməsi bütün sənət ocaqlarında da ədibin yaradıcılığına müraciəti aktuallaşdırmışdır. Azərbaycan teatrlarının repertuarında görkəmli dramaturqun əsərləri yer alır. Həmçinin il boyunca Cəfər Cabbarlı yaradıcılığına müxtəlif baxış bucaqlarını əks etdirən mədəni kütləvi tədbirlər hazırlanıbdır.

Noyabrın 22- dən isə respublikada "Cəfər Cabbarlı həftəsi " çərçivəsində Teatr festivalı başlanır. Tədbir ayın 30-na qədər davam edəcəkdir. Həftə ərzində Bakı teatrlarında hazırlanmış tamaşalar təqdim olunacaq. Sumqayıt Dövlət Dram Teatrı da Cəfər Cabbarlı həftəsinə öz töhfəsini verəcəkdir. Belə ki, noyabrın 26-da paytaxt sakinləri Azərbaycan Dövlət Akademik Musiqili Dram Teatrının səhnəsində "Solğun çiçəklər"-ə baxacaqlar. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Elşən Zeynallıdır.

Rollarda əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar İlqar İbrahimov, Şəhla Mammadova, İlahə Səfərova, Dağıar Rüstəmov oynayırlar. İnanırıq ki, tamaşamız hər kəsə bədii-estetik zövq bəxş edəcək.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !