İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 KARATE

Karateçilərin ölkə çempionatı keçiriləcər

22-24 noyabr günlərində Bakı İdman Sarayında (Əl Oyunları Sarayı) yeniyetmə və gənclər arasında sayca 20-ci Respublika birinciliyi, böyüklərinsə 27-ci Azərbaycan çempionatı keçiriləcək.

Gənclər İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, həmçinin böyüklər, eləcə də para-karate üzrə çıxış edən idmançılar dayanq üzərinə çıxaraq, medallar uğrunda mübarizə aparacaq.
Respublika çempionatının mükafatçıları müxtəlif yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunmaqla, növbəti ildə ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək hüququ qazanmış olacaqlar.

Milli Karate Federasiyasından aldığımız məlumata görə, yarışların təntənəli açılış mərasimi noyabrın 22-də saat 17:00-da olacaq. Ertəsi gün saat 15:00-da isə hakimlər və məşqçilər üçün növbəti respublika seminarı təşkil ediləcək.

 

***

BOKS

Paytaxt birinciliyindən ölkə birinciliyinə

2004\2005-ci il təvəllüdlü yeniyetmə boksçular arasında 14 çəki dərəcəsində Açıq Bakı birinciliyi keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən verilən məlumata görə, Boks Mərkəzində təşkil olunan bu yarışda 138 boksçu rinqə çıxıb. Beş gün davam edən yarışdan sonra qalib və mükafatçılar müəyyənləşib. Öz çəkisində bütün döyüşlərini qələbə ilə başa vuran Möhsün Həsənzadə (44 kq), Nihat Qurbanlı (46 kq), Mətin Məmmədov (48 kq), Tural Sarıyev (50 kq), Kamil Babayev (52 kq), Səid Abdullayev (54 kq), Tağı Tağızadə (57 kq), Sənan Hətəmov (60 kq), Asif Hüseynov (63 kq), Nicat Qurbanov (66 kq), Ənvər Babayev (70 kq), Murad Məhərrəmov (75 kq), Rəmiş Cəfərov (80 kq) və Rəşid Məmmədov (+80 kq) paytaxt çempionu adını qazanıb. Qalib və mükafatçılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri verilib.

Birinciliyin reqlamentinə uyğun olaraq, hər çəki dərəcəsində ilk üç yeri tutan boksçular ölkə birinciliyində iştirak etmək hüquququ əldə ediblər.

 

İNTİQAM

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !