Ağcabədi məktəbliləri Lənkəran , Masallı və Astara rayonlarından xoş təəsüratla geri döndülər - +FOTO=6 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Ağcabədi məktəbliləri Lənkəran , Masallı və Astara rayonlarından xoş təəsüratla geri döndülər +FOTO=6 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

  AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət qrup noyabr ayının 18-də “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Cənub zonasına – Lənkəran, Masallı və Astara rayonlarına yola salınmışdı. Üç gün davam edən səfər zamanı şagirdlər Lənkəran, Masallı və Astarada olmuş, bu yerlərin tarixi-mədəniyyət abidələri, sosial-iqtisadi həyatı, ilə yaxından tanış olublar.

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində üç gün müddətində Lənkəran, Masallı və Astara marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən ağcabədili şagirdlər noyabr ayının 21-də rayona geri dönüblər. Tur-aksiya iştirakçılarını rayon icra hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin nümayəndələri və şagirdlərin valideyinləri qarşılayıblar.

Məktəblilər bildiriblər ki, tur-aksiya çərçivəsində Cənub bölgəsinin qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev Mərkəzi, tarix-diyarşünaslıq muzeyi, Gənclər mərkəzi, Bayraq Meydanı, rəsm qalereyaları ilə yaxından tanış olublar. Şagirdlər bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını, Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını, səfər zamanı bölgələr barədə zəngin məlumata yiyələndiklərini deyiblər.

Mərkəzi meydanda qaşılanan şagirdlər səfər zamanı əldə etdikləri zəngin təssüratları qarşılayanlarla bölüşüblər, xatirə olaraq şəkil çəkdiriblər.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !