İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 FUTZAL

"Araz" "EKOL"u udmaqla mövqeyini daha da möhkəmləndirib

 

Futzal üzrə Azərbaycan çempionatının yüksək liqasında 8-ci turun oyunları keçirilib. Məkazi oyunu 7 turdan sonra yarış cədvəlində 1-ci və 2-ci yeri tutan "Araz"la (21 xal) "EKOL" (18 xal) qarşılaşması olan tura "Xızı Futzal" - "Neftçi" görüşü ilə start verilib. Maraqlıdır ki, ən çox qol vurulan da elə ilk oyun olub. Belə ki, qarşılaşmanın birinci hissəsində "Neftçi"nin 4 qoluna qarşı "Xızı Futzal" yalnız bir qolla cavab verə bilib. İkinci hissə daha da məhsuldar olub. Birinci hissədə yalnız 1 dəfə fərqlənən "Xızı Futaz" ikinci yarıda 4 dəfə qol sevinci yaşayıb. Lakin Hacıbala Abdullazadənin yetirmələri "Xızı Futzal"ın bu qollarını heç də cavabsız qoymayıb. Rəqibi daha 5 dəfə cəzalandıran "Neftçi" 9:5 hesablı qələbə qazanmaqla turnir cədvəlində ikinci pilləyə uüksəlib. Turun mərəzi matçında isə "Araz" 3:1 hesablı qələbəyə nail olub ki, bu da braziliyalı mütəxəssis Joze Alesionun çempion komandasına yarış cədvəlindəki mövqeyini bir qədər də möhkəmləndirmək imkanı verib. "EKOL" isə 2-ci yerdən 3-cü pilləyə düşüb.

Turun digər oyunlarənda aşağıdakı nəticələr qeydə alınıb:
"Premier" (Quba) - "Marafon" - 3:9
"BAKI TFK" - "Rekord" - 3:4
"Yasamal" İSK - "Baki Fire" - 1:4.
Nəvbəti turun (9-cu) oyunları noyabrın 28-də keçiriləcək. Həmin gün bu qarşılaşmalar olacaq.:
"Marafon" FK - "Yasamal" İSK
"nEFTÇİ" - "pREMİER"
"Baku Fire" - "Bakı TFK"
"EKOL" - "Xızı Futzal"
"Rekord" - "Araz"

8 turdan sonra komandaların yarış cədvəlində vəziyyət belədir:

1. Araz - 24 xal, 2-3. Neftçi, EKOL - HƏRƏYƏ 18 XAL, 4. Baku Fire - 15 xal, 5-6. Premier, Marafon - hərəya 12 xal, 7-9. Rekord, Bakı TFK, Xızı Futzal - hərəyə 6 xal, 10. Yasamal İSK - 0 xal.
Bombardirlər: Ağalarov (Premier) - 16 qol, Bağırov (Araz), Camali (Rekord) - hərəyə 13 qol.

 

***

BASKETBOL

"Atom" "Zirvə"ni "dağıtdı"
Cədvəldə 3 hakimiyyətlilik yarandı

Kişi basketbolçulardan ibarət klubların mübarizə apardığı Azərbaycan Super Liqasında sayca 7-ci turun oyunları keçirilib. Turun nəticəsindən asılı olaraq, yarış cədvəlində 3 hakimiyyətlilik yaranıb. Bu tura qədər "Zirvə"nin tək oturduğu zirvəyə onun daha 2 şəriki qalxıb. Buna səbəb isə hesabat turunda ortabablardan olan "Atom"un "Zirvəni" "dağıtması" olub. "Zirvə"nin 89:95 hesabla uduzmasından "Atletik"lə "Gəncə" maksimum yararlanıb. "Atletik" "Sərkərdə"ni minimal hesabla - 75:74, "Gəncə" isə "80-lər"i 8 xal fərqiylə udub - 89:81. Turun daha bir matçında isə "Sıçrayış" "Xırdalan"ı 1 xal fərqiylə üstələya bilib - 59:58.

Hazırda komandaların turnir cədvəlindəki vəziyyət belədir:

 

Komanda
O
Q
M
  T\F
X
Zirvə
5
5
0
+116
10
Atletik
6
4
2
+20
10
Gəncə
6
4
2
-5
10
Atom
5
4
1
+74
9
Sərkərdə
6
3
3
+46
9
Sıçrayış
6
2
4
-121
8
Xırdalan
6
1
5
-2
7
80-lər
6
0
6
-128
6

 

 
 
***
KARATE

Ölkə çempionları bəllidir
 
 
 
 
Bakı İdman Sarayında (Əl Oyunlar) yeniyetmə və gənclər arasında karate üzrə 20-ci birinciiliyi, böyüklərinsə 27-ci Azərbaycan çempionatı davam edir. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi bu yarışda artıq böyüklərin və gənclərin mübarizəsi başa çatıb və ölkə çempionları bəlli olub. Belə ki, qadınların kata yarışında Neda Rezai, kumitedə isə Kəmalə Hüseynova (68 kq-dan yuxarı), Zamirə Rzayeva (68 kq), Bəsti İsmayılova (61 kq), İnci Əzizova (55 kq) və Mədinə Quliyeva (50 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq, ölkə çempionu adını qazanıb. Kişi karateçilərin mübarizəsinə gəlincə, Ceyhun İsmayılov katada yarışında, Elvin Ağayev (84 kq-dan yuxarı), Novruz Əliyev (84 kq), Samir Məmmədov (75 kq), Məhəmməd İsmayılov (67 kq) və Ülvi Qurbanov (60 kq) isə kumitedə yenilməz olub. Qalib və mükafatçılar müvafiq diplom və mükafatlar almaqla yanaşı, həm də ölkı yığmasının heyətinə cəlb ediliblər. Sabah həmin məkanda yeniyetmələr mübarizyz qatılacaqlar.
 
 
***
TENNİS

"Tennis Kral"ı Federer F-1-n 6 qat çempionuna raketka göndərib
 
 
Böyük tünnis üzrə 103 titula sahib olan (onlardan 20-si "Böyük Dəbilqə"dir), bu nailiyyətlərinə görə "Tenis Kralı" adını daşıyan və 2019-cu il məvsümünü dünya üçüncüsü kimi başa vuran isveçrəli Roje Federer Formula-1 üzrə 6 qat dünya çempionu Lyuic Hemltona (Britaniya) hədiyyə oalaraq, özünün yeni raketkasını göndərib. Bu haqda məlumatı "Mersedes"in pilotu, 2019-cu il məvsümündə vaxtından əvvəl çempion çempion adını qazanmaqla karyerasında 6-cı dəfə birincilik qazanan Hemlton öz tvitter səhifəsində paylaşıb. Onun sözlərinə göreə, Federer təbrikində belə yazıb: "Dosum L! İnanıram ki, sənin bütün işlərin yaxşıdır. Sadəcə çox istədim ki, sən mənim yeni raketkamı hədiyyə edəcəyim adamlar arasında ən birinci olasan".

Hemlton tennisçi dostunu, idmançılar arasında həmişə özünə nümunə süçdiyi Fedreri cavabsız qoymayıb: "Rocerə minnətdaram. Buna görə ona çox sağ ol deyirəm. Mən bununla teniz oynamaqla özümü Federer kimi hiss edərəm, amma bunu "Formula-1 " azarkeşləri çətin qəbul edərlər" - Hemlton belə deyib.

 

İNTİQAM

 

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !