İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 CÜDO

Elmar Qasımov "Böyük Dəbilqə"nin ikincisi olub
Azərbaycan yığması isə komanda hesabında 9-cu yeri tutub

 

Ştən həftəsonu Osakedə (Yaponiya) kişi və qadın cüdoçular arasında 2019-cu il mövsümünün lisenziya xalı verən son "Böyük Dəbilqə" turniri keçirilib. Tunirə 5-i qadın olmaqla 13 cüdoçu ilə qatılan yığmamız bir gümüş medalla kifəyətlənib ki, bu da 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımovun payına düşüb. Məhz bu medal sayəsində Azərbaycan komandası Koreya, Braziliya, Almaniya, Çin , Qazaxıstan və sair ölkələri geridə qoymaqla Top-10-da 9-cu yeri tutub. Komanda hesabında ilk üç yeri müvafiq ardıcıllıqla Yaponiya (11-8-15), Fransa (1-0-1) və Rusiya (1-0-1) bölüşüb.

Yeganə medalçımıza gəlincə, turnirin son yarış günündə tatamiyə çıxan Qasımov startda fransalı Sedrik Olivaranı, ardından almaniyalı Flipp Qalandini və rusiyalı Merab Marqiyevi udaraq, yarımfinala çıxıb. Burada isə onun rəqibi yaponiyalı Aaron Volf olub. Cüdoçumuz bu görüşdən də qalib ayrılaraq, finala çıxıb və həlledici görüşdə o yenə də yaponiyalı cüdoçu ilə qarşılaşıb. Təəssüflər olsun ki, Elmar finalda üzləşdiyi Ryunosuke Xaqe ilə bacarmayıb. Bununla da "Çöyük Dəbilqə"ni ikinci yerdə başa vurmaqla gümüş medalla kifəyətlənən Qasımov, həm də aktivinə 700 lisenziya xalı yazdırıb. Turnirin son günündə tatamiya çıxan digər təmsilçilərimizə gəlincə, Elmarla eyni çəkidə güləşən Zəlim Kotsayev ikinci, 90 kq-da çıxış edən və "Çöyük Dəbilqə"yə böyük ümidlərlə gedən Məmmədəli Mehtiyevsə bürünc uqrunda görüşdə uduzmaqla 5-ci yeri tutub. Mehtiyevsə aktivinə 360 lisenziya xalı yazdıra bilib.

Xəbər verdiyimiz kimi, turnirin ilk iki günündə tatamiyə şıxan cüdoçularımızdan heç biri fərqlənə bilməmişdir.

Cüdoçularımız bəlli turnirdən sonra Gündoğar Ölkədə bir həftəlik təlim-məşq toplantısında olacaq.

 

***

QILINCOYNATMA

Müşketyorlarımız Dünya Kubokunda almanları udmaqla 11-ci olublar

Fransada qılıncoynatmanın sablya növü üzrə Dünya Kubokunun növbəti mərhələ uarışı keçirilib. Turnirdə heyəti Səbinə Kərimova, Anna Başta, Valeriya Bolşakova və Sevil Bünyatovadan ibarət Azərbaycan komandası da iştirak edib. Müşketyorlarımız əvvəlcə şəxsi yarışlarda özlərini sınayıblar. Dördlüyümüzdən yalnIz Səbinə Kərimova 1\8 finala qədər irəliləməklə 15-ci yeri tutub.

Qalan üçlüyümüz isə mübarizəni 1\32 finalda dayandırıb.
Komanda yarışına gəlincə, əvvəlcə Honkonqu 45:38 hesabla udan komandamız 1\8 -də Fransaya uduzub - 34:45. Bunun ardından Yaponiyanı 45639 hesabla üstələyən sablyaçılarımız ABŞ-la bacarmayıblar - 35:45. Sonda isə Almaniyan 45:38 hesabla məğlub edədn komandamız 11-ci yeri tutub.

 

***

GÜLƏŞ

Güləşçilərimizin klubları İran Liqasının mükafatçısı olub

Ötən həftənin bazar günü İranın sərbəst güləş üzrə klublararası çempionatına yekun vurulub. Azərbaycan pəhləvanlarının da qatıldığı bu yarışın qalibi adını "İran Moll" qazanıb. Maraqlıdır ki, çempion finalda Azərbaycan güləşçisi Əhmədnəbi Qvarzatilovun formasını geyindiyi "Atrak"ı udub. Daha bir güləşçimiz - Georgi Edişeraşvilinin şərəfini qoruduğu "Azad" isə çempionatın üçüncüsü olub. "Azad" bürünc uğrunda mübarizədə Cəbrayıl Həsənovun şərəfini qoruduğu "Xaştaq"ı üstələyib. Bununla da İran çempionatına qatılan üç güləşçimizdən ikisi çempionatın mükafatçısı olub. Reqlamentə görə, İran çempionatının finalçıları 19-20 dekabr günlərində bu ölkənin paytaxtı Tehranda keçiriləcək klublararası dünya çempionatında iştirak etmək hüququ qazanıb.Bu gün isə Almaniya bundesliqasına start verilib. Tuttlinqen şəhərində keçirilən bu yarışa da üç tımsilçimiz qatılıb. Triomuzda yer alanlardan Murad Bazarov (60 kq) ilk görüşündə almaniyalı Valentin Lupuyu heç bir şans vermədən onu məğlub edib - 15:0. 77 kq-da mübarizə aparan Həsən Əliyev gənclər arasında ikiqat dünya çempionu adını daşıyan moldovalə Daniel Kataraqanı 4:2, İranda mükafatsız qalan Cəbrayıl Həsənov (86 kq)isə belaruslu tanınmış güləşçi Əli Şabanovu 360 hesabla üstələyib.

 

***

VOLEYBOL

İki oyun, iki məğlubiyyət
 

Noyabr 23-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində 16 yaşlı voleybolçu qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatına start verilib. Azərbaycan komandası da daxil olmaqla 9 komanda 2 qrupda mübarizəyə başlayıb.

A qrupuda Azərbaycan, Gürcüstan, Latvia, Rusiya və Ukrayna, B qrupunda isə: Belarus, Estoniya, Litva və Polşa cəmləşib. İlk turda yığmamız Ukrayna ilə qarşılaşıb. Təəssüflər olsun ki, Emin Əbilovun baş məşqçisi olduğu yığmamız meydanı məğlub durumda tərk edib - 0:3. Qeyd edək ki, AVRO-2020-yə seçmə xarakteri daşıyan bu yarışda Azərbaycan yığması növbəti oyununu bu gün ev sahibi Gürcüstana qarşı keçirib. Qızlarımız yenə də uduzublar - 1:3. Yeri gəlmişkən, Bu yarışın qalibi, 2020-ci ildə Monteneqroda 17 yaşlılar arasında keçiriləcək Avropa çempionatına birbaşa vəsiqə qazanmış olacaq. Avro-2020-də reytinq göstəricisi yaxşı olan 20 komanda mübarizə aparacaq.

Tbilisidə keçirilən oyunların nəticələri:
2019-11-23. 15:00. Azərbaycan - Ukrayna - 0:3 (11-25, 12-25, 11-25)
2019-11-23. 17:30. Gürcüstan - Rusiya - 0:3 (06-25, 11-25, 11-25)
2019-11-24. 15:00. Gürcüstan - Latviya - 0:3 (06-25, 25-27, 12-25)
2019-11-24. 17:30. Rusiya - Ukrayna - 3:0 (25-16, 25-11, 25-12)

Növbəti oyunlar:
2019-11-25 10:00 Latviya - Rusiya
2019-11-25 15:00 Azərbaycan - Gürcüstan
2019-11-26 12:30 Rusiya - Azərbaycan
2019-11-26 17:30 Ukrayna – Latviya

Komandaların turnir vəziyyəti: Rusiya – 9 xal (3 oyun), Ukrayna – 3 (2), Latviya – 3 (2), Gürcüstan – 3 (3), Azərbaycan – 0 (2).

 

İNTİQAM

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !