Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində şagirdlərin IV elmi-ifaçılıq konfransı keçirilmişdir - (+FOTO=12)

Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində şagirdlərin IV elmi-ifaçılıq konfransı keçirilmişdir (+FOTO=12)

 AZpress.AZ xəbər verir ki, 21 noyabr 2019-cu iltarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdindəki Fikrət Əmirov adına 6 nömrəli onbirillik İncəsənət məktəbində görkəmli Azərbaycan bəstəkarı F.Əmirovun anadan olmasının 97-ci il dönümünə həsr olunmuş şagirdlərin IV elmi-ifaçılıq konfransı keçirilmişdir.

Artıq 4-cü dəfə keçirilən “Fikrət Əmirovun əsərlərini ifa və təhlil edirik”adlı elmi-ifaçılıq konfransında“Dioloq.Elm.İnnovasiya” mövzusu əsas istiqamət kimi götürülmüşdür.Bu dəfəki elmi-ifaçılıq konfransında əhatə dairəsi daha da genişlənmiş , Bakı şəhərinin Niyazi adına 22 №-li UMM, 33№-li UMM,34 №-li UMM ,3 №-li onbirillik MM, 38 №-li Gözdən Əlillər MM-nin şagirdləri F.Əmirov adına 6 nömrəli onbirillik İM-nin şagirdləri ilə bir səhnəni bölüşüblər. Konfransın əvvəlində beynəlxalq və respublika müsabiqələri laureatıvokalçı M.Tağızadə və 38 №-lionbirillik Gözdən Əlillər MM-nin şagirdləri bəstəkarın ən gözəl əsərlərindən biri olan “Sevil” operasından bir neçə musiqi nümünələrini ifa etdilər.

Səhnədə bir-birinin ardınca bəstəkarın“Kürd-Ovşarı”simfonik muğamından fraqmentlər,fortepianoprelüdü,skripkaçılar ansamblının ifasında “12 miniatür”məcmüəsindən ışləmələr, qarmon üçün “1001 gecə” baletinin musiqi nümünələri əsasında “Fantaziya” və bəstəkarın “Kor-ərəbin mahnısı” (balabanın ifasında) və “Bir gül seçdim yar üçün” mahnıları təqdim olundu.Elmi-ifaçılıq konfransı F.Əmirov adına 6 nömrəli onbirillik İM-nin böyük xorunun ifasında “Odlar ölkəsi” mahnısının təntənəli sədaları ilə yekunlaşdı.

Sonda qonaqlar bu elmi-ifaçılıq konfransının daha geniş- ümümrespublika miqyasındakeçirilməsini arzuladılar.

 

 

 A.Manafova

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !