AR-in Efiopiyadakı Səfirliyinin mətbuat üçün məlumatı - (+FOTO=3)

AR-in Efiopiyadakı Səfirliyinin mətbuat üçün məlumatı (+FOTO=3)

 AZpress.AZ xəbər verir ki, Əddis Əbəbədə keçirilən Avropa Film Festivalında "Əli və Nino" filmi nümayiş etdirildi

 

Avropa İttifaqının Efiopiyadakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Avropa Film Festivalı" çərçivəsində Əddis-Əbəbə şəhərində yerləşən "VAMDAS" kinoteatrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu "Əli və Nino" bədii filmi təqdim olundu.

 

Tədbiri giriş sözü ilə açan səfir Elman Abdullayev filmi izləmək üçün gəlmiş efiopialı və digər xarici qonaqları salamalayaraq, ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri ilə yanaşı, ilk respublikamızın qurulması proseslərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu filmin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

 

İzləyicilərin geniş marağına səbəb olmuş filmin nümayişində Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların və Efiopiya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !