ÜZEYİR HACIBƏYLİNİN PUBLİSİSTİKASINDA MUSİQİ MƏSƏLƏLƏRİ - - KİTAB TƏQDİMATI

“ÜZEYİR HACIBƏYLİNİN PUBLİSİSTİKASINDA MUSİQİ MƏSƏLƏLƏRİ” - KİTAB TƏQDİMATI

 Dahi bəstəkar Üzeyir Hacıbəyli eyni zamanda qüdrətli qələm sahibidir. Onun yazıçılıq və jurnalistlik fəaliyyəti bu gün hər kəsə məlumdur. Amma bu görkəmli şəxsiyyətin tədqiqatçılarından biri, bütün həyatını Üzeyir bəyin yaradıcılığına hsər etmiş Səadət xanım Qarabağlı hələ sovet dönəmində, onun publisistikasının və bədii yaradıcılığının çox az tədqiqatçıya məlum olduğu bir dövrdə bəstəkarın həyat və fəaliyyətini hərtərəfli öyrənmiş, publisistikasında musiqi məsələlərini dərindən araşdırmışdır. Çoxunun Üzeyir bəyin qızı adlandırdığı Səadət xanım təkcə Üzeyir bəyin tədqiqatçısı deyil, eyni zamanda onun təəssübkeşi, vurğunudur. Həmin sevginin təzahürlərindən biri də bu günlər işıq üzü görmüş “Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri” adlı kitabdır. Tədqiqatçı uzun illərdir ki, bu araşdırması üzərində işləyir, əldə etdiyi yeni məlumatlarla hər nəşrində əsəri zənginləşdirir. “Apastrof-A” nəşriyyatında çap olunan kitab Azərbaycan Bəstəkarlar İttifaqının da diqqətini çəkmiş, Üzeyir bəyin vəfatının ildönümündə onun təqdimatını keçirmişdir.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə XX əsr Azərbaycan mədəniyyətinin inkişafında Üzeyir bəyin xidmətlərini xatırlatdı. Bildirdi ki, Üzeyir bəyin musiqi ilə yanaşı, onun bir kəlməsi də, sözü də bizim üçün dəyərlidir. Bu cəhətdən o, “Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri” kitabının əhəmiyyətindən söhbət açdı, müəllifin Üzeyir bəyə sədaqətini, onun yaradıcılığına ehtiramını dilə gətirdi. Kitabdakı materialların Azərbaycan dili ilə yanaşı, milyonlarla oxucusu olan rus dilində də verilməsini təqdirəlayiq adlandırdı. Arzu xanım Əlizadənin tərcüməsinin professionallığını xüsusi qeyd etdi.
Firəngiz xanım onu da xatırlatdı ki, bu gün Üzeyir bəyin tələbələrindən biri Fikrət Əmirovun da doğum günüdür.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Səadət Qarabağlının Üzeyir bəyin ev muzeyində çalışarkən gördüyü işləri yada saldı. Diqqətə çatdırdı ki, o, bu muzeydə çalışarkən Üzeyir bəyin tələbələrinin görkəmli bəstəkar haqqında xatirələrinin səs yazısını yığıb, sonra onlarl diskə yazdırıb. Bu gün həmin disklər milli mədəniyyət xəzinəmizin bir hissəsidir. Bununla yanaşı o, Üzeyir bəyin “Arazbarı” əsərlərinin notlarını nəşr etdirib. O, təqdimatı keçirilən “Üzeyir bəy Hacıbəylinin publisistikasında musiqi məsələləri” kitabını da yüksək dəyərləndirdi.
Bu kitab bir növ dərslikdir. Orada çox şey öyrənmək olar, - deyə Zemfira xanım sözünü tamamladı.
Kitabın redaktoru, Azərbaycan Respublikasının xalq artisti, professor Ülviyyə Hacıbəyova Səadət xanımla əsər üzərində işləyərkən müəllifin prinsipiallığına diqqəti çəkdi. Bildirdi ki, kitabın bir yerində Üzeyir bəyin böyük rus bəstəkarı Dmitriy Şostokoviç haqqında tənqidi fikri var. Mən Səadət xanım deyəndə ki, Şostokoviç dünyada özünü təsdiq etmiş bir şəxsiyyətdir, bəlkə bu hissəni bir qədər yumşaldaq, - o qətiyyətlə bunu inkar etdi. Ümumiyyətlə, Səadət Qarabağlı, Üzeyir bəyin bir sözünün belə keşiyində durur, onun dəyişməsinə, təhrif olunmasına heç kimə imkan vermir. O, bizim tanınmış üzeyirşünasdır.
Üzeyir bəyi Azərbaycan musiqisinin peyğəmbəri adlandıran Ülviyyə xanım Firəngiz xanım Əlizadənin sifarişi ilə “Koroğlu” operasının üverturasının İsmayıl Hacıbəyov tərəfindən fortopiano ilə işlənmiş variantını pianoda ifa etdi.
Əməkdar jurnalist, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli Üzeyir bəyi bir millətin ifadəsi olan şəxsiyyət kimi vurğuladı. Üzeyir bəyin musiqi yaradıcılığından söhbət açan Qulu Məhərrəmli onun musiqi məsələləri ilə bağlı fikirləri üzərində dayandı. Bunların təqdim olunan kitabda da öz əksini tapdığına əminliyini söylədi.
Əməkdar jurnalist, “Xalq” qəzetinin baç redaktorunun müavini Tahir Aydınoğlu milli varlığımızın vacib şərtlərindən biri də, ana dilimizlə yanaşı, musiqi dilinin də olduğunu qeyd vurğuladı. Məclis iştirakçılarına müraciət edərək - bu gün təqdimatı keçirilən kitabdan ən çox bəhrələnənlərdən biri də - mənəm dedi. Belə ki, Üzeyir bəy haqqında oçerk-portret üzərində işləyərkən Səadət xanımın Üzeyir bəy haqqında yazdıqlarından, məsləhətlərindən, eyni zamanda, adı çəkilən kitabdan bol-bol bəhrələnmişəm.
Tədbirin bədii hissəsində Əməkdar artist Anar Şuşalı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasından Əsgərin və Fikrət Əmirovun “Sevil” operasından Balaşın ariyalarını ifa etdi.
Məclisin sonunda Səadət xanım kitabın ərsəyə gəlmə tarixindən söhbət açdı, məclisin təşkilatçılarına, toplaşanlara, tədbirin aparıcısı Sevda xanıma və kitaba dəstək olmuş övladlarına təşəkkürünü bildirdi.
Üzeyir Hacıbəyli adına BMA-nın tələbəsi Ülkər Məmmədzadənin ifasında isə Fikrət Əmirovun “İki “ekspront” əsəri dinlənildi.
Sonda üzeyirşünas Səadət Qarabağlı kitabın ərsəyə gəlməsi tarixindən söhbət açdı, məclisin təçkilatçılarına, çıxışçılara, təşrif buyuranlara, tədbirin aparıçısı Sevda xanım Hüseynovaya, kitabın çapına dəstək olmuş övladlarına təşəkkürünü bildirdi

Atababa İsmayıloğlu

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !