Azərbaycanda bu məhsulun qiyməti kəskin bahalanacaq - - 1,6 milyon insan istifadə edir

Azərbaycanda bu məhsulun qiyməti kəskin bahalanacaq - 1,6 milyon insan istifadə edir

 Gələn il tütün məmulatlarına tətbiq olunan aksiz vergisindən dövlət büdcəsinə 232 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu göstərici bu ilin proqnozundan 4 dəfə çox olacaq. Belə ki, bu il tütün məmulatlarına tətbiq olunan aksiz vergisindən dövlət büdcəsinə 56 milyon manat daxil olacaq.

Artıma səbəb tütün məmulatlarına tətbiq olunan aksiz vergisi dərəcəsinin artırılması ilə bağlı olacaq. Vergi Məcəlləsinə edilən dəyişiklik təklifinə görə, gələn ildən tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üçün aksizlər - 1 000 ədədinə 20 manatdan 31 manata qaldırılıb.

Məlumat üçün bildiək ki, hazırda bu göstərici 1 000 ədəd üçün 20 manat nəzərdə tutulur. Tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri üçün aksizlər 2018-ci ildə iki dəfə artırılıb. 12 iyun 2018-ci il tarixində 4 manatdan 12 manata, 30 noyabr 2018-ci il tarixində isə 12 manatdan 20 manata qaldırılıb.

Gələn ildən aksiz vergisinin 11 manat və ya 55% artması siqaretlərin pərakəndə satış qiymətinə də təsir edəcəyi şübhəsizdir. Siqaretin 1000 ədədinə (50 paçka) əlavə olaraq 11 manat aksiz vergisinin tətbiq olunması, həm də o deməkdir ki, 1 paçka siqretin qiyməti ən azı 22 qəpik (11 manat / 50 paçka) bahalanacaq.

Onu da bildirək ki, açıqlanan rəsmi məlumata görə Azərbaycanda 15 yaşından yuxarı kişilərin təxminən 1/3-i siqaret çəkir. Bu isə təxminən 1 milyon 600 min nəfər deməkdir.

İlkin Uğur

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !