Xalq artisti Damlanın konsert saxtakarlığını açdı - (+VIDEO)

Xalq artisti Damlanın konsert saxtakarlığını açdı (+VIDEO)

 Xalq artisti Samir Cəfərov müğənni Damla ilə bağlı söz-söhbətlərə cavab verib.

“Səhər-səhər” verilişinin qonağı olan müğənni “Damlaya görə Gəncə Dövlət Filarmoniyasındakı vəzifənizdən çıxmısız?” sualına belə cavab verib:

“Elə bir şey olmayıb. Damla filarmoniyada konsert verəndə mən başqa ölkədə idim”.

S.Cəfərov Damlanın Gəncə konserti ilə bağlı sirri açıb:

“Filarmoniyada klassik konsertlər də, opera da var. Niyə filarmoniya deyəndə, ancaq klassika düşünülür? Niyə digər oxuyanların da konserti olmasın? İnsanlar var idi sponsorluq edib, Damlanı gətirmək istədilər. Dedim, kirayə pulunu, digər xərcləri və Damlanın qonorarını ödəyin, konsert verin.

850 biletdən 150 bilet satıldı. Gətirib zalı doldurdular. Bilirdim ki, onlar bilet satışı ilə zalı doldura bilməyəcklər. Nuri Sərinləndirici, Elnarə Abdullayevanı apardım, bilirdim ki, bilet satılacaq. Satıldı da...

Amma Damla satılmayacaqdı. Çünki Gəncə camaatı başqa zövqdədir. Ondan sonra bəzi müğənnilər gəldi, dedim sizin konsert olmayacaq. Siz “İnstagram” məşhurluğu qazanmış adamlarsız. Orada oturanlar isə boş-bekarlardır”.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !