Rayon rəhbəri Ağsaqqallarla görüş keçirtdi - +FOTO=6 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Rayon rəhbəri Ağsaqqallarla görüş keçirtdi +FOTO=6 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

 AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov 26 noyabr 2019-cu il tarixdə saat 11:00-da rayon ağsaqqalları ilə görüş keçirmişdir.Rayon rəhbəri rayonun ağsaqqalları – zəngin həyat və iş təcrübəsi olan, camaat arasında nüfuz və hörmətə malik insanlarla görüşməyin çox xoş olduğunu bildirərək qeyd etmişdir ki,Sizin kimi insanlarla fikir mübadiləsi etmək, məsləhət və təkliflərinizi öyrənmək işimizə ancaq müsbət təsir göstərə bilər.

Görülən və görüləcək işlər barədə danışan rayon rəhbəri qeyd etmişdir ki,təkcə rayon mərkəzinin deyil, bütün ərazilərin, ucqar kəndlərin abadlaşdırılması da diqqət mərkəzindədir. Kənd yollarına asfalt döşənməsi, əhalinin içməli su ilə təminatı, qaz çəkilişi sahəsində xeyli iş görülüb.

Ölkəmizin Prezidenti İlham Əliyev Azərbaycanın bütün bölgələrinin ,o cümlədən Ağcabədi rayonununda inkişafını daim diqqət mərkəzində saxlayıb və rayona həmişə lazım olan köməkliyi edib. Biz də ölkə başçının bu böyük qayğı və diqqətinin müqabilində Ağcabədinin daha da gözəl olması üçün var qüvvə ilə çalışmalıyıq.

Tədbirdə iştirak edən rayon ağsaqqalları çıxış edərək ağsaqqallarla söhbət edərək , onların məsləhət və tövsiyyələrini dinlədiyi üçün rayon rəhbərinə minnətdarlıqlarını bildirdilər.

Görüş iştirakçıları Ağcabədinin inkişafına hərtərəfli köməklik göstərən ölkə Prezidenti İlham Əliyevə təşəkkürlərini bildirdilər, dövlət başçısının qarşıya qoyduğu vəzifələri yerinə yetirmək işində rayon rəhbərliyinə uğurlar arzuladılar.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !