Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının rayon gəncləri ilə görüşü olmuşdur - +FOTO=10 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının rayon gəncləri ilə görüşü olmuşdur +FOTO=10 (Azpress.AZ Mais Ibrahimov, Ağcabədi)

 26 noyabr 2019-cu il tarixdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynovun rayon gəncləri ilə görüşü olmuşdur.

AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, görüşdə YAP Ağcabədi rayon təşkilatının Gənclər birliyinin üzvləri, ADPU-nun Ağcabədi filialının, Ağcabədi Pedaqoji Kollecinin tələbələri, ümumtəhsil orta məktəblərinin yuxarı sinif şagirdləri, idarə, müəssisə və təşkilatlarda işləyən gənclər, sosial şəbəkələrdə aktiv olan gənclər, rayon İcra Hakimiyyətində könüllü fəaliyyət göstərən gənclər, gənc sahibkarlar, fermerlər, kümçülər, gənc polis nəfərləri, cəmi 150 nəfər iştirak etmişdir.

Görüşdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynovun tapşırıq və tövsiyələri, gəncləri maraqlandıran məsələləri dinlənilmişdir.

Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynov çıxış edərək gəncləri maraqlandıran məsələlər, onların öz müstəqil dövlətinin inkişafı üçün nələr etdikləri və nələr etmək istədikləri barədə fikirləri, onların problemləri və bu problemlərin həlli yolları bu görüşün keçirilməsi zərurətini yaratdığını qeyd edərək,gəncliyin təkcə dövlət strukturlarında işləyənlərdən ibarət olmadığı üçün bu günkü görüşə müxtəlif kateqoriyalardan olan gənclərin nümayəndələrini dəvət etdiyini bildirmişdir.

Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil Hüseynov komputer,dil kursları,kitabxana,kinoklub,mini futbol meydançasının təmir olunması ilə bağlı müraciət edən gənclərə onların müraciətlərinin nəzarətdə saxlanılacağı və gələcəkdə aidiyyatı qurumlarla birlikdə baxılacağını bildirdi.Rafil Hüseynov bu ölkənin bu gününündə,gələcəyinin də gənclər olduğunu bildirərək onlara sosial şəbəkələrdə saxta profillərlə yazılan müraciətlərə inanmamaqlarını, müstəqilliklərini qorumağı,savadlı,müxtəlif dilləri bilən,daim öz üzərində işləməyi tövsiyə edərək, Ağcabədi gənclərinin öz fəallıqları ilə ölkə gənclərinin ön sırasında olacaqlarını ümüd etdiyini bildirdi.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !