İDMAN YENİLİKLƏRİ - Intiqam (AZpress.AZ)

İDMAN YENİLİKLƏRİ Intiqam (AZpress.AZ)

 KARATE

Karateçilərimiz mövsümə Madriddə yekun vuracaqlar

Noyabrın 29-dan dekabrən 1-dək İspaniyanın paytaxtı Madriddə kişi və qadınlar arasında karatenin WKF versiyası üzrə Karate Premyer Liqa turniri keçiriləcək. AMKF-dan (Azərbaycan Milli Karate Federasiyası) aldığımız məlumata görə, həm dünya, həm də olimpiya reytinqinə xal verən bu turnirdə Azərbaycan karateçiləri də iştirak edəcəklər. AMKF prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında Madridə gedəcək komandanın heyətində 13 idmançı cəmləşib ki, onlar da kata (şəxsi və komanda) və kumite (şəxsi və komanda) yarışlarında öz bacarıqlarını nümayiş etdirəcəklər. Ümumiyyətlə turnirdə 86 ölkədən 737 karateçi mübarizə aparacaq. Yığmaməzən heyətinə gəlincə, baş məşqçi Bahəddin Kandaz və böyük məşqçi Şahin Xudaverdiyevi hazırladığı kumite üzrə kişi komandanın heyətində beşqat dünya çempionu Rafael Ağayev (75 kq), Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurnalı və Şahin Atamov (hər ikisi +84 kq) yer alıb. Baş məşqçisi Denis Morozov olan qadın kumite komandaslnda isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abıyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) cəmləşib.

Kata yarışlarına gəlincə, Roman Heydərov (şəxsi), Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevdən ibarət triomuz isə komanda kata yarışına qatılacaq. Kata komandasına Vahid Ayvazov başçılıq edəcək.
Maraqlırır ki, Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının cari mövsümdəki son mərhələsini idarə edən referilər arasında beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıb.

Madeid mərhəlsində həmçinin ilin yekununa əsasən fərqlənən idmançılara "Grand Winners" mükafatları veriləcəyi də elan ediləcək. Mükafatın təqdimatı isə 24-26 yanvar 2020-cil ildə Parisdə növbəti mövsümün ilk Premyer Liqa turnirində olacaq. 2019-cu il mövsümünün nəticələrinə əsasən "Grand Winners" mükafatına namizədlər arasında Azərbaycan karateçiləri - Rafael Ağayevlə (-75 kq) İrina Zaretskanın da (-68 kq) olacağı gözlənilir.

 

***

VOLEYBOL

Yığmamız Latviyaya da uduzub

Xəbər verdiyimiz kimi Gürcüstanın paytaxtı Tbilisi də 16 yaşlı qızlar arasında voleybol üzrə Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçirilib. 2020-ci ildə 17 yaşlılar (U-17) arasında keçirilməsi planlaşdırılan Avropa çempionatına seçmə xarakteri daşıyan və bu gün son turla başa çatan həmin yarışda Azərbaycan yığması da daxil olmaqla 9 komanda 2 qrupda mübarizə aparıb. Məşqçi Emil Əbilovun rəhbərliyi altında bəlli yarışa qatılan yığmaməz son tur çərçivəsində Latviya komandasıyla qarşılaşıb. Təəssüflər olsun ki, yığmamız əvvəlki oyunlarda olduğu kimi bu dəfə də meydanı məğlub durumda tərk edib - 0:3. Xatırladaq ki, Startda Ukraynaya 0:3, ardından Gürcüstana 1:3 hesabla uduzan yığmamız 3-cü turda isə ruslara "quru" hesabla uduzmuşdu. Bununla da yığmamız Tbilisi turnirini qrup sonuncusu kimi bitirib. Azərbaycanın mübarizə apardığı A qrupunda komandaların yekun turnir vəziyyəti belə olub:

1. Rusiy - 12 xal (4 oyun), 2. Ukrayna - 9(4), 3. Latviya 6 (4), 4. Gürcüstan - 3 (4), 5. Azərbaycan - 0 (4).

 

İNTİQAM

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !