AMEA Botanika İnstitutunun gənc mütəxəssisi ADAU- keçirilən intensiv kursda iştirak edib - (+FOTO=4)

AMEA Botanika İnstitutunun gənc mütəxəssisi ADAU- keçirilən intensiv kursda iştirak edib (+FOTO=4)

 AZpress.AZ xəbər verir ki, MEA Botanika İnstitutunun “Ekosistemlərin fitososiologiyası” laboratoriyasının kiçik elmi işçisi Emin Hüsüyev Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Bitki xəstəliklərinin diaqnostikası və onların idarə olunması” mövzusunda keçirilən intensiv kursda iştirak edib. ABŞ-ın İllinois Universitetinin professoru Mohammad Babadoost tərəfindən ingilis dilində keçirilən kurs nəzəri, praktiki və təcrübi hissədən ibarət olmaqla 10 gün davam edib. Kurs müddətində iştirakçılara xəstəlik törədicilərin (Göbələk, Bakteriya, Virus və Nematod) inkişaf dövrü, çoxalma şəraiti, bitkilərdə yaratdığı xəstəliklər, bitkilərə qarşı toksikliyi, onlara qarşı mübarizə metodları və s. haqqında məlumat verilib və bu məlumatların mənimsənilməsini yoxlamaq məqsədiylə 4 dəfə test imtahanı keçirilib. E Hüsüyev imtahanın nəticələrinə əsasən müvafiq dərəcəyə uyğun sertifikata layiq görülüb.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !