Elm Tarixi İnstitutu görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunan elmi seminar keçirib - (+FOTO=6)

Elm Tarixi İnstitutu görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunan elmi seminar keçirib (+FOTO=6)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan, görkəmli ictimai-siyasi xadim, jurnalist, yazıçı, publisist, alim, diplomat, dövlət adamı Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan "Azərbaycanın və türk dünyasının ictimai-siyasi xadimi" adlı elmi seminar keçirib.

Seminarı giriş sözü ilə Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru, dosent Məryəm Seyidbəyli açıb. M.Seyidbəyli Əhməd bəy Ağaoğlunun coxcəhətli fəaliyyətini, milli xidmətlərini tarixilik və müasirlik fonunda xarakterizə edərək Azərbaycan ictimai-fikir tarixində onun özünəməxsus imza atdığını qeyd edib.
AMEA İctimai Elmlər bölməsinin akademik-katibi akademik Nərgiz Axundova dövlət başçısının göstərişi ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin ölkə səviyyəsində keçirilməsinin elmi-ictimai əhəmiyyətindən danışıb. Qeyd edib ki, görkəmli şəxsiyyətlərimizə həsr olunan belə kütləvi tədbirlər onların parlaq həyat və fəaliyyətlərinin dərindən öyrənilməsi və təbliğ edilməsi baxımından çox faydalıdır.

Sonra İnstitutun əməkdaşları - elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Əhməd bəy Ağaoğlu – Difai fədaisi”, ETİ Tarixşünaslıq və mənbəşünaslıq şöbəsinin müdir tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov “Əhməd bəy Ağaoğlu və Atatürk münasibətləri”, ETİ Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdir əvəzedicisi, fəlsəfə elmləri doktoru, dosent Ələddin Məlikov “Əhməd bəy Ağaoğluna görə islahat zərurəti”, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev “Əhməd bəy Ağaoğlunun əsərlərində İran/Persiya məsələsi” mövzusunda məruzələrlə çıxış ediblər.

Çıxışlarda Ə.Ağaoğlunun həyat və fəaliyyətinə, elmi baxışlarına, siyasi görüşlərinə aydınlıq gətirilib. Onun başdan-başa milli məfkurəylə yoğrulmuş böyük mücadilə adamı olmaqla yanaşı, həm də böyük islahatçı, maarifçi, alim, diplomat və dövlət adamı olduğu vurğulanıb. Məruzələrdə onun Atatürklə yaxın münasibəti, Türkiyə Cümhuriyyətinin qurulmasında ideoloji-siyasi rolu, maarif naziri olması, Türkiyə Böyük Millət Məclisində ardıcıl olaraq 2 dəfə millət vəkili seçilməsi, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasındakı özünəməxsus rolu, əsrin əvvəlində Azərbaycan türklərini soyqırıma məruz qoyan erməni daşnaklara qarşı yaratdığı “Difai” hərəkatındakı misilsiz xidmətləri və həmişə sadiq qaldığı türkçü-turançı fikirləri, islahatçı mövqeyi tarixi faktların, sənədlərin dili ilə ifadə olunub.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !