Bakı Musiqi Akademiyasının Böyük zalında Detaşe violinoçular ansamblının konserti keçirildi - (+FOTO=3)

Bakı Musiqi Akademiyasının Böyük zalında “Detaşe” violinoçular ansamblının konserti keçirildi (+FOTO=3)

 AZpress.AZ xəbər verir ki, 2019-cu il 27 noyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Detaşe” violinoçular ansamblının konserti keçirildi. Qeyd edək ki, ansamblın rəhbəri Xalq artisti, professor Zəhra Quliyevadır.

Konsertdə ifa olunun musiqi nömrələri rəngrangliyi ilə zövq oxşayırdı. Belə ki, proqramda İohan Sebastian Bax-“Ariya”, İoahim Yohov-Antonio’s dream, Qabriel Fore-“Oyanış”, Səid Rüstəmov-“Qurban adına”, “İntizar”, Georgiy Sviridov-“Romas”, Yevgeniy Doqa-“Vals”, İohannes Brams-“Macar rəqsi”, Karlos Qardel-Tanqo əsərləri səsləndirildi.

Konsert tamaşaçıların böyük marağına səbəb oldu və gur alqışlarla sona çatdı.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !