Bakıda qadın küçənin ortasında bıçaqlanaraq öldürüldü - - HADİSƏ YERİNDƏN VİDEO

Bakıda qadın küçənin ortasında bıçaqlanaraq öldürüldü - HADİSƏ YERİNDƏN VİDEO

 Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

AZpress.AZ oxu.az-a istinadən xəbər verir ki, metronun “Dərnəgül” stansiyası yaxınlığında orta yaşlı qadın naməlum şəxs tərəfindən bıçaqlanıb.

Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında ürək, qarın və kürək nahiyəsindən 4 bıçaq xəsarəti alan yaralı xəstəxanaya çatdırılıb. Lakin qadın yolda keçinib.

Meyitin üzərinə ilkin baxış keçirilən zaman şəxsiyyətini təsdiq edən sənəd aşkarlanmayıb. İlkin məlumata görə, qətli törədən şəxslə qadın arasında mübahisə baş verib. Nəticədə həmin şəxs qadına bıçaqla xəsarət yetirib. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !