AHK AZƏRBAYCAN İDARƏ HEYƏTİNİN YENİ ÜZVLƏRİNİ SEÇİB - (+FOTO=1)

AHK AZƏRBAYCAN İDARƏ HEYƏTİNİN YENİ ÜZVLƏRİNİ SEÇİB (+FOTO=1)

 AZpress.AZ xəbər verir ki, 28 noyabr 2019-cu il tarixində Fairmont Baku Hotel, Nizami Gəncəvi zalında AlmanAzərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Üzvlər Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağında AHK Azərbaycanın son ildə keçirtdiyi tədbirləri və nailiyyətləri müzakirə olunub. Həmçinin, Üzvlər Yığıncağında Palatanın İdarə heyətinin yeni üzvləri seçilib.

Tədbiri salamlama nitqi ilə açan AHK İdarə heyətinin sədr müavini cənab Fərid İsayev görüşün proqramını qısa şəkildə iştirakçılara təqdim edib. AHK üzvlərini salamlayan Almaniyanın Azərbaycandaki Səfiri cənab Volfqanq Maniq Almaniya Səfirliyindən olan yeniliklər ilə paylaşıb və AHK Azərbaycanın İcraçı Direktoru cənab Tobias Baumann AHK Azərbaycanın fəaliyyəti haqqında qısa hesabat ilə çıxış edib.

Üzvlərin Ümumi Yığıncağının qərar qəbul etməsi üçün kvorumun təyin edilməsi və seçki komissiyasının müəyyən edilməsindən sonra bütün namizədlər öz təqdimatları ilə çıxış ediblər. Aşağıda AHK Azərbaycanın İdarə heyətinin yeni üzvləri ilə tanış ola bilərsiniz.

cənab Fərid İsayev - KPMG Azerbaijan Ltd şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri cənab Valter Gag - Hyatt Regency Baku Hotelin Baş direktoru cənab Anar Hasanov - AccessBank-ın İdarə Heyətinin sədri və Baş İcraçı Direktoru cənab Əliyar Həshimli - Weidmüller Interface GmbH & Co. KG şirkətinin Xəzər dənizi regionu ölkələrinin biznesin inkişafı üzrə Meneceri Dr Michael Hilmer - Uniper Global Commodities SE şirkətinin Cənub regionu ölkələrinin qaz təchizatı üzrə Vitse-Prezidenti, Dr Henninq Sasse - NORM LLC şirkətinin Baş İcraçı Direktoru cənab Tobias Baumann - AHK Azərbaycanın İcraçı Direktoru

İdarə heyəti üç il müddətinə təyin olunur.

Bundan sonra, AHK Azərbaycan-ın yeni üzvləri təqdim olunub və tədbir axşam yeməyi ilə yekunlaşıb.

 

AHK Azərbaycan haqqında:

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 2012-ci ildən etibarən Alman iqtisadiyyatının rəsmi nümayəndəliyi kimi şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. AHK Azərbaycan 1999-cu ildə təsis olunan Alman-Azərbaycan İqtisadi İttifaqından (DAWF) yaradılmışdır. 140-dan artıq üzv şirkət ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər xüsusilə Azərbaycan iqtisadiyyatında və siyasətində AHK-nın inkişaf etmiş şəbəkəsindən yararlana bilərlər. Üzv şirkətlərin maraqlarını fəal şəkildə təmsil etməklə, AHK Azərbaycan həmçinin geniş çeşiddə etibarlı biznes və hüquqi xidmətlər təklif edir.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !