Medianın problemləri AzTV-də müzakirə olundu: - VİDEO

Medianın problemləri AzTV-də müzakirə olundu: VİDEO

Azərbaycan Televiziyasının “Çıxışa doğru” verilişində Azərbaycan mediasının bugünkü problemləri, sosial medianın əsas informasiya ötürücüsünə çevrilməsi müzakirə olunub.

Bildirilib ki, bəzi media qurumlarının bilərəkdən və ya bilməyərəkdən təhrif olunmuş məlumatları tirajlaması qeyri-peşəkar yanaşma olmaqla yanaşı, informasiya təhlükəsizliyi baxımından da ciddi təhdid xarakteri daşıyır.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı qeyd edib ki, istər çap mediası, istərsə də internet resursları cəmiyyətdə baş verən prosesləri kifayət qədər əks elətdirir. Bununla belə, yeni informasiya kanalı – sosial şəbəkələr də bu gün mühüm informasiya daşıyıcısıdır: “Hər bir şəxs həm də artıq informasiya istehsalçısı rolunda çıxış edir. Bu gün dünyada informasiya texnologiyalarının gətirdiyi yeniliklər bizə də sirayət edir. Və bu gün sosial şəbəkələr ənənəvi informasiya mənbələrini geridə qoyur. Ancaq hesab edirəm ki, ənənəvi media daha peşəkardır və yanlış informasiyanın yayılmasının qarşısını bu peşəkar fəaliyyətlə almaq mümkündür”.

“Lent.az” saytının baş redaktoru Qabil Abbasoğlu bildirib ki, saytların İP və reytinq uğrunda rəqabəti təbiidir: “Burda utandırıcı bir şey yoxdur. Sadəcə, sosial şəbəkələr nə qanunvericiliklə, nə də jurnalistlərin peşə etikası kodeksi ilə tənzimlənmir. İstənilən istifadəçi təhlükəli, amoral informasiyanı yaya bilər. Ancaq informasiya portalları o baxımdan güvənli sayılır ki, saytlar həm qanunvericilik, həm də peşə kodeksi qarşısında məsuliyyət daşıyır. Başlıqla bağlı məsələlərə gəldikdə isə redaktor öz materialını oxutmaq üçün müxtəlif vasitələrə əl ata bilər, eyni zamanda, başlığı cəlbedici edə bilər, ancaq bu, oxucunu aldatmaq həddinə çatmamalıdır”.

“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli bildirib ki, ciddi xəbərə maraq azdır və saxta başlıqlı xəbərlərin oxunma sayı, təəssüf ki, daha yüksək olur.

İnternet media eksperti Fərid Şahbazlı qeyd edib ki, cəlbedici başlıqları qəbulolunandır, ancaq yazının mahiyyətini ifadə etməlidir.

“Tanınmış biri ilə eyni ad və soyada sahib kimsə yol qəzasında dünyasını dəyişir. Avtomatik olaraq onun adını başlığa çıxarırlar və oxucu aldanır. Bu, yolverilməzdir, oxucunu aldatmaqdır”, – deyə “Minval.info” saytın baş redaktoru Məhəmməd Türkmən medianın yeni trendini tənqid edib.

“Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə bildirib ki, təəssüf ki, ciddi xəbər oxucunu cəlb etmir və şirkətlər də saytın İP göstəricilərinə əsasən reklam verirlər: “Bununla belə, bu gün ölkəmizdə 10-a yaxın informasiya resursu var ki, həm beynəlxalq xəbər agentlikləri onlara istinadə edir, həm də cəmiyyətin ziyalı kəsimi doğru xəbəri onlardan alır”. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !