Bibiheybətdə çökən yol... - Yüksək rütbəli məmurlar sürüşmə ərazisinə baxış keçirdi - FOTO=3

Bibiheybətdə çökən yol... Yüksək rütbəli məmurlar sürüşmə ərazisinə baxış keçirdi - FOTO=3

Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində baş verən sürüşmə zamanı çökən yolun bərpası üçün lazımi tədbirlər davam etdirilir.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, nəqliyyatın intensiv hərəkət etdiyi bu yolun bərpası bir neçə ay davam edəcək: "Hazırda yolun bərpa işləri ilə yanaşı geoloji kəşfiyyat işləri də aparılır və bu gələcəkdə baş verəcək hadisələrin qarşısını almaq məqsədi daşıyır. Hazırda həmin ərazidə torpaq qatı çökərək, aşağıda ”Bayıl buxtası" küçəsini bağlayıb. Həmin küçənin açılması üçün tədbirlər görülür.

Bundan başqa dağ yamacının ağırlığını yüngülləşdirmək üçün həmin hissədən torpaq qatı ərazidən kənara daşınır. Aparılan kəşfiyyat işləri nəticəsində həmin torpaqda, yerin altında gedən proseslər müəyyənləşdirilir. Ondan sonra isə geoloji kəşfiyyat işləri nəticəsində bu kimi hadisələrin gələcəkdə baş verməməsi nəticəsində hansı geoloji tədbirlərin görülməsi ilə bağlı rəy hazırlanacaq. Həmin rəyə əsasən layihə hazırlanıb bərpa işlərinə start veriləcək. Yoldakı intensiv hərəkət və Bakının əsas girişlərindən biri olduğu nəzərə alınaraq bu prosesin tez bir zamanda həyata keçirilməsi nəzərdə tutulur. Lakin buna baxmayaraq, qısa müddət ərzində orada bu kimi işləri tam olaraq başa çatdırmaq mümkün deyil. Bu proses bir neçə ay davam edəcək, ancaq bir iş digərinə mane olmadan həyata keçiriləcək".

A.Nəcəfli deyib ki, geoloji kəşfiyyat işləri zamanı yol çöküntüsünün hansı səbəbdən baş verməsi də tam dəqiqliyi ilə aydınlaşdırılacaq. 

                                                                             ***

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərliyi ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli noyabrın 25-də Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Bibiheybət” məscidinin yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar hadisə yerində olublar.

FHN-dən bildirilib ki, əraziyə baxış keçirildikdən sonra mütəxəssislərin də iştirak ilə operativ müşavirə keçirilib, sürüşmənin mümkün səbəbləri, mövcud vəziyyət müzakirə edilib və məsələ ilə bağlı hərtərəfli araşdırmanın aparılması, sürüşmənin nəticələrinin qısa müddətdə aradan qaldırılması və digər zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !