Lənkəranda 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd olunub - + FOTO=6 (Azpess.AZ – Ağaddin Babayev)

Lənkəranda 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü qeyd olunub + FOTO=6 (Azpess.AZ – Ağaddin Babayev)

 AZpress.AZ xəbər verir ki, Ombudsmanın Cəlilabad Regional Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə ilə birgə Lənkəran Peşə Liseyində 1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Natiq Zülfüqarov çıxış edərək 1 dekabr-Ümumdünya QiÇS-lə Mübarizə Gününün qeyd olunmasının əsas məqsədi və əhəmiyyəti barədə ətraflı söz açıb. Natiq 1988-ci ildə təsis edilmiş QİÇS-lə Mübarizə Gününün dünya ölkələrində QİÇS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran BMT sammitindən sonra təsis edildiyini, insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) səhiyyəyə məlumolma tarixi, onun ağır sosial-iqtisadi nəticələri, yoluxma və qorunma yolları, bununla bağlı ölkəmizdə və dünyadakı vəziyyət, görülən tədbirlər və digər işlər barədə məlumat verib.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında QİÇS və İnsan hüquqları və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun mühüm müddəalarını şərh edərək, müvafiq Qanunun qəbul edilməsinin bu infeksiyaya qarşı kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaratdığını vurğulamaqla, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq hazırlanmış “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın mahiyyəti barədə danışıb.

Tədbirdə çıxış edən DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli dövlət tərəfindən gənc nəslin zərərli vərdişlərdən və yad təsirlərdən qorunması istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdıraraq yeniyetmə və gənclərimizin həm fiziki, həm də mənəvi baxımdan sağlam ruhda yetişməsinin vacibliyini qeyd edib.

Böyük maraq kəsb edən tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !